ArxivXəbər lentiXəbərlər

Fəcr Ongünlüyü Bakıda, Vəli-Əsr(ə) mədrəsəsində qeyd olundu

İran İslam İnqilabının qələbə çalmasının ildönümü günü ərəfəsində İran İslam Respublikasının Bakıdakı Vəli-Əsr(ə) mədrəsəsində xüsusi mərasim keçirilib.

Bu mərasimdə ilk olaraq Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad çıxış edib.

Daha sonra İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin də bu mərasimdə çıxış edərək, İslam İnqilabının nailiyyətlərindən danışıb və deyib: İslam İnqilabının qələbəsindən sonra xüsusi ilə mədəni sahədə əldə edilən müstəqillik düşmələrin fitnələri qarşısında müqavimət və mübarizəyə şərait yaratmış olub.

Səfir daha sonra gənc nəslin tərbiyə edilməsində müəllimlərin roluna təkid edib və deyib: Təhsil sistemi gənclərin İslam İnqilabının ideyaları və məqsədləri ilə tanış edilməsi, İmam və şəhidlərin yolunun davam etdirilməsi məsələsinə diqqət göstərməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button