
Azərbaycan tarixi siyasi, ictimai, mədəni və dini sahələrdə daim din əsaslanmış və şiə təlimləri ilə yanaşı olmuşdur. Onun tarixində mərsiyə, məddahlıq və Aşura ədəbiyyatı parlayan cəvahir kimi özünü göstərməkdədir.
Qafqaz Mədəniyyət Mərkəzi – Türk dilində din və Aşura ədəbiyyatı tarixinin araşdırılması göstərir ki, İran torpağının şairlərinin Əhli-Beyt (ə) mövzusunda şerlərinin məzmunu çox dərin və bənzərsizdir. Bu ölkə şiə dünyasına bu sahədə böyük şəxsiyyətlər, güclü ədəbiyyatçılar təqdim etmişdir.
Aşura ədəbiyyatının Azərbaycanda tarixi keçmişi 400 ildən çoxdur və demək olar ki, xalqın inamını qazanmış, müasir dövrümüzdə sürətli inkişaf və həyat yolu keçmişdir. Şiə məzhəbinin türk dilli xalq arasında genişlənməsinin səviyyəsi hansı həddə olmuşsa, mərsiyə ədəbiyyatı da həmin ölçüdə genişlənmişdir.
Əhli-Beytə (ə) sevgi Azərbaycan xalqının əxlaqi, ictimai, dini, hətta siyasi və iqtisadi xüsusiyyətlərindən olmuşdur. Bunun müxtəlif yönümlərini Məhərrəm ayının əzadarlığında görmək olar.
Tarixə əsasən Azərbaycan xalqının inancında şiə məzhəbinə meyl və onun dərinləşməsi Səfəvilər dövründən başlamış və xüsusi möhkəmliklə davam etmişdir.
Azərbaycan torpağının tanınmış mərsiyə janrındayazan şairlərinin əsərlərinə diqqət etmək bu ərazidə Aşura ədəbiyyatını müxtəlif aspektlərni tanımaq üçün ən dəyərli sənədlərdən sayılır. Bu günləri onun çox dəyərli tazahürlərini Təbriz, Zəncan, Ərdəbil, Urmuya, Həmədan, Tehran, Əlborz, hətta Azərbaycan, Türkiyə və İraqın şimalında türk dilli əhali yaşayan məntəqələrdə, o cümlədən Kərkükdə müşahidə edirik.
Mərsiyə və təziyə janrı Azərbaycanda qədim tarixə malikdir. Belə ki, qədim türklərin əsərlərində gəlmişdir ki, bu xalq matəmi“yuğ” və matəm şerlərini “ağı” adlandırırlar.
Onlar adətən, vəfat etmiş yaxınlarının matəmində ürəkyandırıcı şer parçaları və mərsiyə oxuyurdular və ona “mani” deyirdilər. Bu günləri biz həmin maniyə bayatı və dubeyti deyirik.
Bu günləri Azərbaaycanın musiqi folklorunda saz kimi məşhur olan “qopuz” qədim tarixi dövrlərdə qəmli şerləri bir az da yandırıcı etmək üçün xalq matəm şerləri ilə yanaşı istifadə olunurdu.
İranda şiə məzhəbinin rəsmi elan olunduğu Səfəvilər dövründən Azərbaycanda və İraqın şiə məzhəbli türklər yaşadığı məntəqələrdə türk dilində mərsiyə janrı təkcə Əhli-Beytin (ə) müsibətinə həsr olundu, şiə şairlər və növhəxanlar Kərbəlanın qanlı və ürəkyandırıcı hadisəsinə, İmam Hüseyn (ə) və səhabələrinin məzlumcasına şəhadətinə daha çox diqqət etdilər.
Tarixi sənədlərə görə 997-ci hicri qəməri ilində vəfat etmiş və Kərbəlada dəfn olunmuş böyük türk dilli arif şair Molla Məhəmməd Füzuli on dörd məsumun (ə) mədhində və onların müsibətində türkcə ürəkyandırıcı və cavidan şerlər yazıb-yaradan ilk şiə şairi olmuşdur. İslam dünyasının tanınmış bu arif və şairi özünün məşhur “Hədiqətus-suəda” kitabını azəri türkcəsi ilə nəzm və nəsrlə 10 babda yazmışdır və onun ən böyük hissəsini Kərbəla faciəsinə həsr etmişdir.
Azərbaycanın məqtəl janrında çox gözəl və ürəkyandırıcı şerlər yazan digər bir şairi hicri qəməri tarixi ilə 11-ci əsrdə yaşamış Nizaməddin Məhəmməd Tufarqanlıdır. O, Aşura mədəniyyətini, Allahın dini yolunda fədakarlıq və şəhadəti, haqq yolunun düşmənləri ilə mübarizəni öz mərsiyyə şerlərinin mövzusu olaraq seçmişdir.
İşraq təxəllüsi ilə məşhur olmuş Seyid Fəttah Mərağeyi hicri qəməri 12-ci əsrdə yaşamış Azərbaycan şairidir. O, türk və farsca olmaqla iki dildə Kərbəla şəhidləri haqqında gözəl mərsiyyə şerləri yazmışdır.
Aşura ədəbiyyatı Azərbaycanda təkcə kişi şairlərə aid olmayıb. Bir çox qadınlar da Əhli-Beyt (ə) matəmində şerlər yazmışdır. Çox heyiflər olsun ki, onların çox azının adları bizə gəlib çatmışdır. Amma tarixi araşdırdıqda məlum olur ki, bu sahədə yazan imamət və vilayətə aşiq şairələr çox olmuşdur.
Xurşidbanu Natəvan o qadınların bir nümunəsidir. Şairə hicri qəməri 13-cü əsrdə indiki Azərbaycan Respublikasının Şuşa şəhərində yaşamış, türk və farsca şerlər yazmışdır.
Xurşidbanunun İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin matəmində yazdığı şerləri Azərbaycanın Aşura ədəbiyyatı tarixinin şerləri arasında ən məşhur şerlərdən hesab olunur.
Bu şairlər həqiqətdə Azərbaycanda Aşura ədəbiyyatının bünövrəsini qoymuşlar və müasir tarixdə Hüseyn Şani Təbrizi, Seyir Rza Hüseyni (Zamanın Sədisi), Safi, Münzəfi Ərdəbili, Məhəmməd Hüseyn Cənnəti (Səhhafi Təbrizi), Əzəmi Təbrizi, Münim Ərdəbili, Mirzə Heydər Sərraf, Ənvər Ərdəbili, Mirzə Məhəmməd Rufəgər, Ustad Abid Təbrizi, Ustad Yəhyəvi, Ustad Nəzmi Təbrizi, Hacı Heydər Şəbgərd (Xundil), Kəlami Zəncani, Hacı Qulam Rza Eyni Zəncani və Şəhriyar öz mərsiyyə və mədhiyyələri ilə türk ədəbiyyatını zənginləşdirmiş, üstəlik şiəlikdə Aşura ədəbiyyatını gücləndirmiş və möhtəşəm etmişlər.
Azərbaycan şairlərinin mədhiyyə və mərsiyələrində diqqəti çəkən mövzu budur ki, onların farsca yaratdığı əsərlər türkcə yaratdığı əsərlərdən heç də az deyil və bu günləri əzadarlıq mərasimlərində onların farsca yazdıqları şerlər fars dilli şairlərin yazdığı şerlərdən daha çox dəyər verilir və oxunur.
Nümunə olaraq mərhum Şaninin şerlərindən bir parçanı təqdim edirik:
Ta əz kəfi Əbbasi dilavər ələm oftad
Lərziş be deli muztəri əhli hərəm oftad
Tənha nə Huseyn ra kəmər əz ğosse do ta şud
Zini vaqie bər qaməti əflak xəm oftad
Abi ki, əz an məşg por əz əşg furu rixt
Varun zi qəzayayi cəhan cami cəm oftad
Azərbaycan mərsiyə janrında yazan şariləri Kərbəla faciəsini nəzmə çəkməkdə o qədər məharət və səriştəli olublar ki, hər gün və hər bir qəmli hadisə üçün bənzərsiz qəzəllər, rübailər, tərkibbəndlər, təsniflər yaradıblar.
Sonda nümunə olaraq şirin türk dilində olan bu şerlərdən bəzilərinə işarə edirik:
Mərhum Şaninin Məhərrəmin başlanmasına aid tərkibbənd
Başlandı təkayada əzası şəhi dinin
Məzlum ağamın, yəni Hüseyn ibn Əlinin
Zəhraya cigərquşə, ürək bəndi Nəbinin
Qarə geyinib əyninə aşiqləri yeksər
Bu ayda şəhid oldu o dilbəndi Peyəmbər
Tolandı zaman, keçdi bir il, gəldi məhərrəm
Eşq əhli tuta, eşqi şəhənşahinə matəm
Qəlbidə nədəndir çoxalır qüssə ilən qəm
Əyyami əzadari şahi-şühədadır
Mərhum Səhhafi Təbrizi
Hüseynə insu-can ağlar bu ayda
İmami Əsr qan ağlar bu ayda
Gəlib movcə bu ay bəhri müsibət
Bu ayda doldurub afaqi möhnət
Bu ayda başlanıb şuri qiyamət
Zəmin və asiman ağlar bu ayda
Verib qəm üz bu ayda masəvaya
Gəlib cin, mələk şuru-nəvaya
Çəkiblər qarə ərşi-kibriyaya
Hamı lahutiyan ağlar bu ayda
Münzəvi Ərdəbili
Bura Neynəvadı Zeynəb
Bu məkan nəvasız olmaz
Adı Kərbəla olan yer
Bilirəm bəlasız olmaz
Bu zəmini pakə qanım
Verər ayrı bir əsərlər
Sonra qanlı türbətimdən
Güli arizu dərəllər
Öpüb əlbəəl cahanda
Onu töhfə göndərəllər
Ola hər mərizə qismət
Mərəzi şəfasız olmaz
Sərraf Təbrizi
Ey Heseyn, ey şərəfi Ali-əba
Bizi gəl sən əliboş salma yola
Mayeyi izzətu-cahım sənsən
İki dünyada pənahım sənsən
Qapının sailiyəm, adının aşiqiyəm
Sənsən aləmlərə ayati-cəli
Küllü bu maxələqin bibədəli
Sənə qurban olum ey mahi cəmal
Sənsən aləmdə gözəllər gözəli
Atəşi eşqə alışdım gəldim
Qolay olsam da çalışdım gəldim
Hamı gördüm gəlir bu qapıya
Mən də bu cəmə qarışdım gəldim
Sonda demək olar ki, Azərbaycanın mərsiyə janrında yazan şairləri İslami İranın sevimli şairləri olaraq ölkəmizin və İslam dünyasının Aşura ədəbiyyatının genişlənməsində əvəzedilməz yerləri vardır və İslam dünyasının coğrafiyasında buna istənilən qədər rast gəlmək olar.