Fələstin hadisələrinin Bakı əks-sədası

Son dövrlər Fələstində baş verənlər müsəlman dünyasında böyük həyacan təbili çalmaqdadır. Fələstində hər gün öldürülən qoca, qadın və körpələr dünyanın hər yerində müsəlman bacı və qardaşlarımızın göz yaşları ilə qarşılanır. Azərbaycanda da bu qətliamlara millətimiz göz yaşları tökür, ölənlərin ruhuna dualar edirlər.
Qeyd etmək istəyirəm ki, dünyanın hər yerində olduğu kimi ölkəmizdə də Fələstin hadisələri heçdə bir mənalı qarşılanmır. Bu hadisələrlə paralel Azərbaycanda vəhhabi faktorunun daha ciddi şəkildə hərəkətə keçməsi sübut edir ki, artıq ölkəmiz ciddi təhlükələr qarşısındadır. Təəssüflər olsun ki, ölkə rəhbərliyi vəhhabi faktorunu sıradan bir hadisə kimi qiymətləndirərək, bunun qarşısının alınması üçün daha ciddi tədbirlər görmək əvəzinə həmişə olduğu kimi hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlarla kifayətlənərək əsas məqsədi unudurlar. Əslində əcnəbi dövlətlərdən dəstəklənən vəhhabilər daha böyük qruplaşmalarla Bakıda böyük əks-səda yaratmaqla öz himayədarlarının göstərişlərini yerinə yetirməklə məşğuldurlar. Artıq heç kimə sirr deyil ki, sələfilərdən təşkil tapmış “İŞİD”, İslam dininin gözdən salınması, bunun üçün ilk növbədə şiə- sünnü qarşıdurması yaradılması üçün hazırlanmış təxribatçı qruplaşmadır. Onların İslam dininə heç bir bağlılığı yoxdur və üzdə etdikləri ibadətlər isə öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitədir.
Yaxın keçmişə diqqətlə nəzər salsaq bir çox hallarda vəhabilərin öz çirkin niyyətlərinə nail olduqlarını görürük. Bakıda olan bir sıra məscidlərin zaman-zaman ələ keçirilməsi, ticarət mərkəzlərinin alınması, vəhhabi qruplaşmasından olanlara hər cürə şəraitlərin yaradılması, eləcə də regionlarda etdikləri saysız hesabsız hərəkətlər bir çox avam insanların onlara birləşməsinə gətirib çıxarır. Bu da sonda həmin insanların bədbəxtçiliyinə səbəb olur. Amma onların əsas məqsədləri əvvəlcə qeyd etdiyim kimi İslam dinin parçalanması olduğundan bu barədə də az işlər görmürlər. Bir baxın, bu azğın adamlar təfriqə yaratmaqla ölkədə dinə qarşı hansı düşüncələr yaradırlar. Azərbaycan şiə müsəlmanlarının daha çox yaşadığı bir ölkə olmasına baxmayaraq burada tanınmış ilahiyyatçı alimləri, savadlı ruhanilərin əksəriyyəti hazırda zindanlardadırlar. İnanın ki, bütün bunlar heçdə təsadüfü deyil, çünki həmin insanlar İslam dini haqqında millətə əsil həqiqətləri çatdıran və insanları haramdan, pisliklərdən qorumaq üçün gecə-gündüz çalışan, canlarını Allah yolunda fəda etməyə hazır olan şəxsiyyətlərdir.
Bəs onda bu cür şəxsiyyətləri zindanlara aparan səbəblər nədir? Bunu üçün əvvəlcə belə şücaətli insanların keçdikləri həyat yollarına qısa nəzər salaq. Belə şəxsiyyətlərdən olan Hacı Möhsüm Səmədov, Hacı Abgül Süleymanov və Hacı Tale Bağırov Azərbaycanın imanlı və həqiqi mömün insanlarına rəhbərlik etməklə yanaşı dini savadları olan, Allaha xatir həyat yaşayan, insanlara İslam dininin həqiqətlərini çatdıran, Allaha qarşı yönəlmiş qadağalara öz sözlərini deyə bilən, haqq və ədalət naminə susmayan, şərəfli və şücaətli ömür yaşayan insanlardır. Təəssüflər olsun ki, hər biri və onlar kimi bir çox mömin insanlar hazırda şər və böhtanlarla Azərbaycanın zindanlarında məhkumluq həyatı yaşayırlar.
Ölkə hakimiyyətində yer alan vəhhabi nəzarətində olan bəzi məmurlar xalqımızın inandığı və ehtibar etdiyi ruhaniləri təcrid etməklə öz ağalarının əmrlərini yerinə yetirirlər. Belə ki, əllərinə fürsət düşən kimi ölkə başçısına bu insanların təhlükəli olduqlarını çatdırır və öz çirkin əməllərini həyata keçirirlər. Bütün bunlar ondan xəbər verir ki, ölkədə vəhhabi faktoru həddindən artıq şaxələnib və bu ünsürlərin təcrid olunması dövlətin vəzifə borcudur. Unutmayın ki, indi dövlət strukturlarında çalışan saqqallarını qırxmış vəhhabilər uzun saqqallılardan daha qorxuludur.
Qeyd etmək istəyirəm ki, bütün bunları yazmaqla mən millətimizə heçdə qorxu aşılamaq fikrində deyiləm. Məqsədim insanları ayıq olmağa çağırmaqdır. Vəhhabilərin Fələstin, İraq hadisələrinin davamı olaraq Bakı əks-sədası yaratmalarının qarşısını almaqdır. Son zamanlar Kərbəla ətrafında baş verən hadisələr bizdən bir daha tələb edir ki, daha ayıq olaq və biganə qalmayaq. Bunula yanaşı bildirmək istəyirəm ki, Ramazan ayının fəzilətlərini unutmayın,ilahiyyatçılarımızın dediklərini diqqətlə dinləyin, ilahiyyatçı yazarlarımız da susmasınlar. Bu cür hallarda insanların vəzifə borclarını izah etsinlər ki, çaşqınlıq yaranmasın.Tanrı köməyiniz olsun./AzadXeber/