Siyasi məhbus Vüqar İsmayılov bu gün həbs müddətini bitirib. Giperssilka.ru-nun verdiyi xəbərə görə, onu saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında xeyli insan gözləyib.
Qeyd edək ki, Vüqar İsmayılov yaşadığı Talış bölgəsində Seyyid Vüqar kimi tanınır və böyük nüfuza sahibdir.
YADDAŞ
2016-cı ilin 19 aprel tarixində Lənkəran ruhaniləri Qismət İsayev, Vüqar İsmayılovun evində axtarış aparılıb. Onlar Müsəlman Birliyi Hərəkatını dəstəklədikləri üçün həbs edilib.
Daxili İşlər Nazirliyi isə ruhanilərin evindən xeyli silah-sursat çıxdığını iddia edib:
“Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri – Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar. Adını “Müsəlman Birliyi Hərəkatı” qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.”
6 maddəsi ilə (6 maddəsi – 228.1-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 159.3,154, 444, 448, 452 maddələri ilə ittiham olunaraq məhkum edilib. ittiham olunan dindarlara 9 dekabr 2016-cı il tarixində 7 il həbs cəzası verilib
Qeyd edək ki, bu Qismət İsayevin 3-cü həbsi idi. O, eyni zamanda hicab məhbusu olub.
Suriyada dini təhsil alan Qismət İsayev Lənkəranda Əbülfəzlabbas məscidində axundluq edirdi. O, insanlara Qurani Kərimi öyrədirdi və müsəlmanların əsas vəzifəsini onlara izah edirdi. Bu isə ədalətli cəmiyyətdən qorxan məmurlara pis təsir edirdi. Odur ki, onu dəfələrlə şərləyib həbs etdirməyə nail oldular.
Seyyid Vüqar İsmayılov isə bölgənin sayılıb seçilən seyidlərindən olub.