ArxivXəbər lentiXəbərlər
Fəllucə əməliyyatlarında İŞİD-in azərbaycanlı qadın snayperi öldürüldü

İraqın “Həşdi Şabi” könüllü dəstələri açıqlama yayıb
Qafqaz.ir-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, “Həşdi Şabi” könüllü dəstələri İŞİD-in qadın snayperinin hərbi əməliyyat zamanı öldürüldüyünü açıqlayıb. Məlumata görə, öldürülən qadın snayper azərbaycanlıdır.
İŞİD üçün snayperlik edən azərbaycanlı qadın terrorçu, dünən İraqın “Həşdi Şabi” könüllü dəstələri tərəfindən Fəllucənin terrorçulardan təmizlənməsi üçün başladılan əməliyyat zamanı Fəllucənin 19 km yaxınlığında olan al-Karma məntəqəsində öldürülüb.