ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda keçirilən məhkəməsində indiyədək təxminən 50 nəfər zərərçəkmiş qismində dindirilib. Zərərçəkmiş qismində tanınanlardan məhkəmədə dindirilməyən 8 nəfər qalıb. Onlardan da üçünün istintaqda verdiyi ifadələr oktyabrın 25-də keçirilən məhkəmədə elan edilib. Çünki məhkəməyə teleqram göndəriblər ki, müəyyən səbəblərdən gələ bilmirlər.
Vaqif Xaçaturyan haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Oktyabrın 25-də keçirilən məhkəmə iclasında hakim Zeynal Ağayev teleqramları elan edib. Zərərçəkmişlərdən Firuzə Mehralıyeva göstərib ki, 90 yaşı var, yataq xəstəsidir, bu səbəbdən məhkəməyə gələ bilmir. Elnarə Babayeva bildirib ki, Qəbələdə yaşayır, iki azyaşlı uşağı var, ona görə gələ bilmir və s. Bundan sonra 3 zərərçəkmişin istintaqdakı ifadəsi elan edilib.
Məlum olub ki, Firuzə Mehralıyevanın ifadəsi 2005-ci ildə Ağsu rayon Prokurorluğunda alınıb. O deyib ki, uşaqlıqda Meşəli kəndinə köçüblər və həmin kənddə də ailə qurub yaşayıb. 1991-ci ilin dekabrında səhər saatlarında silahlı hücum baş verdiyini deyən Firuzə Mehralıyevanın sözlərinə görə, həyat yoldaşı da həmin hadisədə yaralanmışdı:
“Evimizi güllə yağışına tutdular. Biz döşəmənin altında gizlənmişdik. Yoldaşım Mürsəl ayağından yaralanmışdı. Evimizdə iki polis də yaralandı. Birinin adı Elçin idi, o birininki yadımdan çıxıb. O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”.
O əlavə edib ki, Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi onları xilas edib.
Zərərçəkmiş Elnarə Babayeva 2007-ci ildə verdiyi ifadəsində göstərib ki, Meşəli hadisələri baş verəndə onun 10 yaşı vardı. Onun sözlərinə görə, bu qətliamdan öncə də kəndə ara-sıra silahlı hücumlar olurdu deyə, sakinlər Meşəlini qorumağa çalışırdı. Amma bu hücum səhər tezdən qəfil olduğuna görə insanlar evdən çıxmağa imkan tapmayıb.
Elnarə Babayeva bildirib ki, hadisə günü nənəsigildə idi:
