Aktual
Gürcüstanda Prezident İqamətgahı ABŞ səfirliyinə daşındı

FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Prezident İqamətgahının yerini dəyişdirib. Bu barədə ictimaiyyətə “Qruziya Onlayn” saytı məlumat verib. Məlumata görə, bundan sonra ölkədə prezident sarayı ABŞ-ın Tiflisdəki keçmiş səfirliyinin binasında yerləşəcək.
Qeyd edək ki, vəzifə müddəti qurtarana qədər Mixail Saakaşvili indiki iqamətgahda yaşayacaq. Lakin ölkənin seçiləcək prezidenti yeni iqamətgahda məskunlaşacaq.