ArxivXəbər lentiXəbərlər

Fazil Mustafa: Mənə sübut edin ki, Heydər Əliyev insandı!

Bu adam indiyədək bilinən bütün tərbiyəsizliklərinə rəğmən M. Rəsulzadənin adını dilinə gətirir və güya Rəsulzadə yolunu getdiyini düşünür

Fətullahçı tör-töküntüsündən şiələrə növbəti təhqir

Fazil Qəzənfəroğlu bir neçə gündür aralarında intriqa olan siyasətçi Sərdar Cəlaloğluna etiraz edərkən yenə “saman altdan su yeridib” yəni yenə fürsəti fövtə verməyib şiəni təhqir edib. Əslində Sərdar Cəlaloğluna “xomeyniçi tör-töküntüsü” deməklə şiəni vurub. Çünki o gözəl bilir ki, Ayətullah Xomeyni (r) siyasi lider olmaqdan əlavə həm də şiə ruhanisi, mərcəyi-təqlididir. Bir məzhəb nümayəndəsi barədə bu cür təhqiramiz ifadə işlətmək bütün həmməzhəbləri, məzhəbin özünü və ruhanisini təhqir etmək deməkdir. Təəssüflər olsun ki, bu adam indiyədək bilinən bütün tərbiyəsizliklərinə rəğmən M. Rəsulzadənin adını dilinə gətirir və güya Rəsulzadə yolunu getdiyini düşünür. Xalqa özünü millətçi, türk oğlu, azərbaycançılığı düşmənlərdən müdafiyə edən birisi kimi təqdim edir.
Qalmaqalın digər bir yerində deyir: “Məni nurçuluqda ittiham edir. İndiyə qədər məni bunda ittiham edənlərin hamısı necə ifşa olundu?” İfşaya qalsa bəli, Fazil indiyədək çox ifşalar edib, amma ancaq özünü. Bu tipdən çox ifşa olan ikinci bir şəxs yoxdur. Azərbaycançılıqdan, millətdən, türkdən danışır, deyir ölkəmi İrandan, Ermənistandan qoruyuram. Halbuki bu adam vaxt var idi Heydər Əliyevi erməni adlandırırdı. Əgər unudubsa xatırlada və növbəti dəfə onun ifşasını təmin edə bilərik. “Yeni Müsavat” qəzetinin 14 oktyabr 2003-cü il, 278 (2205) saylı nəşrində “Qəlbi Azərbaycandan olmayanlara tövsiyə” başlıqlı məqaləsində yazır: “Mənə subut edin ki, H.Əliyev türkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H.Əliyev müsəlmandı, mənə sübut edin ki, H.Əliyev insandı! Mən əminəm ki, bir zaman gələcək, bu nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub Heydər Əliyevə abidə ucaldacaqlar. Çünki erməninin heç bir milli qəhrəmanı Ermənistan üçün bu qədər geniş ərazi qazandırmayıb.” (Bu yazını oxumaq istəyənlər üçün: https://natig-adilov.blogspot.com/2015/01/fazil-mustafa-heydr-liyev-v-onun-oglu.html, həmçinin: http://avrasiya.info/nurculuq/2548-fazil-mustafa-heyder-eliyev-ve-onun-oglu-barede.html) Bəs sonra necə oldu ki, cənab türkçü, dövlətini sevən, Azərbaycanı yadellilərdən qoruyan saxtakar tip bu gün öz mövqeyini dəyişib?! Heydər Əliyev barədə dediyi sözləri yedizdiriblər ona, yoxsa yenə də həmin mövqeydədir, sadəcə bir erməni hakimiyyətinin iqtidarda qalmasını artıq həzm edib? Yox əgər o zaman səhv edib bu gün haqqı tapıbsa ümid edirik ki, şiə, Şah İsmayıl barədə də doğru yolu tapar.
Sərdar Cəlaloğlunun “M. Rəsulzadə şiə olub” deməsinə irad bildirərkən bunları deyib: “Məmməd Əmin Rəsulzadə şiə olmayıb. Rəsulzadə müsəlman olub. Onun bircə görüşünü belə şiəlik və ya sünniliyə aid ola biləcəyini ayırsaz, onda deyər ki Rəsulzadə şiə olub.” Məlumat üçün M. Rəsulzadənin 14 noyabr 1914-cü ildə “İqbal” qəzetində çap olunmuş “Aşura” məqaləsindən bir parçanı qeyd etmək istərdik: “Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik.” Həmin məqalənin başqa bir yerində M. Rəsulzadə İmam Hüseynin adını çəkərək “əleyhis-salam” (Ona Allahın salamı olsun deməkdir) deyir: “Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz “mən-mənə, o-ona, o-o yana” timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq.” Bundan əlavə cənab Rəsulzadənin atası şiə axundu olub, bütün bunlar onun şiə olduğunu deməyə əsas verir. Fazil Mustafanın bunlara dair gətirəcəyi iradları nəzərə alıb öncədən cavab veririk. Deyə bilər ki, mən də gözümü açıb məhərrəmlik görmüşəm, sinə vurmuşam… Məsələn, onunla eyni başda olan Elşad Miri də bu cür halları etiraf edir, bu da onu deməyə əsas verir ki, bu gün vahhabilərin və sonradan Fazil Mustafanın da tərkibində olduğu fətullahçı tör-töküntülərinin hər birisi əvvəl şiə olub. (Bu tip özü yuxarıda qeyd etdiyimiz məqaləsində “Mirmövsüm ağa” ağanın adını çəkməklə şiə olduğu bilinir. Sonradan Fətullah Gülənə tabe olub və əqidəsini dəyişib)Yaxud sualı bu cür də qoya bilərik ki, görəsən Fazil Mustafa Fətullah Gülənin tör-töküntüsü olmağa başlayan zamandan etibarən nə vaxt dilinə İmam Hüseyndən (ə) danışarkən “əleyhis-salam” sözünü gətirib? İkincisi əgər Ayətullah Xomeyni ilə eyni məzhəbdə olmaq xomeyniçi tör-töküntüsü olmaq deməkdirsə, onda elə sən də fətullahçı tör-töküntüsüsən. Gərək qəbul edəsən.
Lap deyək ki, Məhəmmədəmin bəy şiə olmayıb və onun dediyi kimi bircə görüşü belə şiəçiliyə və sünnüçiliyə aid deyil, bəs yaxşı özünü məhəmmədəminçi sayan bu şəxs nə üçün şiəliyə qənim kəsilib, hamı tərəfindən fətullahçı tör-töküntüsü kimi yad edilir? Əgər o ixtilaf salmayıbsa, sən nə üçün ixtilaf salırsan?
O növbəti dəfə şiəni təhqir etməkdən əlavə həm də təkfir edir. Baxın nə deyir: “Yalan deyir, Məmməd Əmin Rəsulzadə şiə olmayıb. Rəsulzadə müsəlman olub.” Bununla da o, şiəni təkfir edib kafir olduğunu demək istəyir. Çünki şiə də müsəlmandır, amma fətullahçı tör-töküntüsü olan bu tip şiəni müsəlmandan ayırır.
Bir də çox nahaq yerə bu tip özünü məhəmmədəminçi göstərməyə çalışır. Çünki Məhəmməd Əmin bəy “Azərbaycan mədəniyyətinin qaynaqları” adlı əsərində yazır: “İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi.” Fazil Mustafa necə məhəmmədəminçidir ki, bütün günü Şah İsmayılın dalıyca “palaskatla” məşğuldur.
Daha sonra şiələr arasında irançı olanların və İranda hansısa ayətullaha tabe olanların olduğunu deyir. Həyasızlığın həddinə bax ki, açıqca nurçuların agenti, Türkiyədə qaranlıq işlərlə məşğul olan bir adam öz gözündə tiri görmür, gəlib camaatın gözündə “şalban” axtarır.
Daha sonra Sərdar Cəlaloğlu tərəfindən İŞİD-dən heç bir fərqinin olmamasında ittiham edilən nurçu deputat deyir: “Açın, mənim səhifəmi oxuyun. İŞİD-i məndən çox ifşa edən, ona qarşı sərt çıxış edən ikinci adam varmı? Dində baş kəsmənin, qan tökmənin olmadığını ortaya qoyuruq təbliğ edirik. Hər yandan edilən hücumları görmürsünüzmü?” Sənin mənasız səhifən və səviyyəsiz çıxışlarına vaxt sərf edib oxumaqdansa işlətdiyin bir cümləni qeyd etmək kifayətdir: “İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil.” Bəli, cənab nurçu tör-töküntüsü, sənin insanlıqdan anlayışın bura qədərdir. Bir də ki, sən kimsən, hansı elmin yiyəsisən ki, İslamdan danışıb onun hansı kimliyə malik olduğuna dair fikir bölüşəsən? Səninlə eyni zehniyyətdə olan Elşad Mirini də İslamın humanizm dini olduğunu dediyi üçün tənqid etmirlər. Bunu zatən hamı bilir. Sadəcə savadı olmadığı halda, başının ölçüsünə uyğun olmayan mövzulara girişdiyi üçün ona öz yerini göstərib məsləhət görürlər ki, gedib jurnalistliyi ilə məşğul olsun.
Bu gün Milli Məclisdə bir stul boş qalmasın deyə bu insanı orada oturdublar. Amma Milli Məclis rəhbərliyi tezliklə bu insan barədə araşdırma aparıb ona haqq etdiyi yerini göstərməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button