ArxivXəbər lentiXəbərlər

Fazil Mustafanın şiələrə qarşı işlətdiyi sərt ifadələrə hacı Şahin Həsənlidən açıqlama – Müsahibə

hər zaman şiələrə qarşı xüsusi antipatiyasi ilə seçilən millət vəkili Fazil Mustafa yenidən qalmaqallı ifadələriylə gündəmə gəlib. O özünün facebook səhfəsində şiələrin əzadarlıq məclisi barəsində sərt ifadələr işlədib. Bu barədə əvvəlki dərcimizdə ətraflı məlumat vermişik.
Lakin qısa olaraq xatırladaq ki, millət vəkili şiələrin Əhlibeyt üçün yas tutma (əza məclisi qurmaq) kimi adətlərini doğru olmadığını qeyd edib. O ilahiyyatçı hacı Şahinin iştirak etdiyi əzadarlıq məclisi olan video görüntüləri öz səhfəsində yerləşdirərək, şərh olaraq bunları yazıb.  “Bu bambılılığın, bu mələşmənin, bu ağlaşmanın İslam dini ilə heç bir əlaqəsi yoxdur. “Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”.
İfadələrə diqqət etdikdə  millət vəkili həm ilahiyyatçını həm də Cəfəri əqidəsində olan şiələri aşağılamağa çalışdığı açıq-aşkar görünür. İnanclı şəxslərin inancına qarşı hörmət etmək  dinindən, əqidəsindən asılı olmayaraq hər bir kəsin mənəvi borcu olduğu halda, niyə ictiami yüklü bir şəxs buna əməl etmir?
Bununla bağlı Hədəf14.az olaraq ilahiyyatçı hacı Şahin Həsənliyə müraciət etdik.  İlahiyyatçı suallarımızı cavablayarkən, hərşeydən xəbərdar olduğunu, yazılanları oxuduğunu bildirib.  Mövzuya isə hələ heç bir cavab vermək istəmədiyini qeyd edib. Lakin ola bilsin ki, nə vaxtsa bu barədə g

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button