ArxivXəbər lentiXəbərlər
FETÖ-nun Azərbaycandakı əsas adamı həbs olundu

Qafqaz.ir-in “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, FETÖ-nun Azərbaycanda təşkilatlanmasının əsas rəhbərlərindən olduğu müəyyən edilən Faruk Yıldız saxlanılıb. O, Türkiyəyə daxil olarkən həbs edilib.
Türkiyəyə daxil olurkən hava limanında həbs edilən Faruk Yıldız, Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində dindirildikdən Ankara Ədliyyəsinə aparılıb.
Məhkəmə onun həbsinə qərar verib.
Qeyd edək ki, Faruk Yıldız Azərbaycanda yerləşən “Yıldız Elektrik” mağazalar şəbəkəsinin rəhbəridir.