Fevralın 17-də Astarada təhqir olunduqlarına görə aksiya keçirən Ərçivan qəsəbə sakinlərindən tutulanlar var

Onlardan biri İslam Partiyasının üzvü Famil Şükürovdur.
Onunla bərabər adını dəqiqləşdirə bilmədiyimiz bir neçə nəfər də saxlanılıb.
Astaradan verilən məlumata görə, tutulanlar buraxılmayıblar. Ərçivan qəsəbə sakinləri isə onları təhqir edən şəxsi cəzalandırılması tələbi ilə növbəti mitinqə cəhd edib. Amma kəndə xüsusi təyinatlılar və qara maskalılar cəlb olunub.
Ona görə də qəsəbə əhlinin nümayişi baş tutmayıb.
Hazırda rayonda nisbi sakitlikdir. Astaranın icra başçısı Qəzənfər Ağayev isə gərginliyi səngitmək üçün vətəndaşlarla görüş keçirib. Görüşdə aksiya günü ərçivanlıların işlədiyi bazarın yanması da müzakirə olunub.
Ərçivan sakini Vaqif Əhmədoğlu isə qəzetimizə açıqlamasında qeyd etdi ki, əslində burada sosial vəziyyətin acınacaqlı olması insanları ayağa qaldırıb. Sadəcə, “Odnoklassnik” sosial şəbəkəsində ərçivanlıların təhqir edilməsi tətikləyici hadisə olub./politika.az/