
Avropa Şurası Parlement Assambleyasının həmməruzəçiləri Azərbaycan dövlətininin koronavirus bəhanəsi ilə müxaliflərə qarşı təzyiq göstərməsini tənqid edib.
Qafqaz Həqiqətləri “Turan” saytına istinadla xəbər verir ki, Azərbaycan dövlətinin siyasi repressiyalara haqq qazandırmaq üçün koronadan sui-istifadə etməsi Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərini narahat etmişdir.
AŞPA-nın məruzəçilərindən biri Sör Rocer Geyl bu barədə deyib: “Azərbaycan hökümətinin koronavirusdan siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və təəssüfləndirir.”
Digər məruzəçi Stefan Şennak deyib: “Azərbaycan prezidentinin Novruz bayramı çıxışında ölkəsindəki müxalifəti təsvir etmək üçün onları “beşinci kolon” adlandırması qeyri-demokratikdir.”
Sunna Evarsdottir də bu məsələyə toxunaraq deyib: “Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barədə indiyədək eşitdiyim bütün məlumatlar ona qarşı ittihamların uydurma olduğunu göstərir və onu yenidən siyasi məhbus adlandırmaq olar. Belə görünür ki, Azərbaycan höküməti yeni siyasi repressiya dalğası başladıb.”