ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Fransa Azərbaycanı Ermənistanı təhdid etməkdə günahlandırır

Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne Azərbaycanı tənqid edib.
O deyib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır.
Sejourne bunu ABŞ Dövlət katibi Entoni Blinken ilə aprelin 2-də Parisdə birgə mətbuat konfransında deyib.
Məlumatı “Turan” yayıb.
“Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn xeyli saxta xəbərləri görürük. Bakı bu gərginlikdə Yerevanı gunahlandırır, baxmayaraq ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır”, – deyə fransalı nazir qeyd edib.
Onun sözlərinə görə, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür:
“Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurnenin söylədiklərini əsassız adlandırıb.
Nazirlik hesab edir ki, bu, növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir:
“Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir”, – deyə XİN əlavə edib.
