Islam
Ərdəbilin cümə namazınin xütbələri – 14 fevral (25 bəhmən)

بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین
Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvanın dəyər və əhəmiyyətini iki alovu söndürməsində görmək olar. Birini cəhənnəm alovu, o biri nəfs alovu. Biz iki alovdan keçməliyik. Birinci alov haqqında Məryəm surəsinin 71-ci ayəsində buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).” Dünyada alov alan axirətdə də alov içindədir. Dünyada sədaqətlə yaşayan cəhənnəm odu görməz. (Elmul-yəqin). Həzrət buyurur ki, biz cəhənnəmdən söndüyü zaman ötüb keçdik. İkinci alov nəfs alovudur. Biz nəfs alovundan keçməliyik. Bu çox qorxulu alovdur. Çünki axirət oduna bağlanıb, cəhənnəmi yaradır. Əgər bu insan həmin iki oddan keçmək istəsə təqvalı olmalıdır. İman nuru cəhənnəm odunu söndürür. Şairin təbirincə, odu məhv edən möminin nurudur.
Peyğəmbər (s) buyurur: “Mömin cəhənnəmdən keçəndə cəhənnəm ona deyər ki, tez keç, nurun odumu söndürdü. Nəfsin qorxulu, dəhşətli odu var. İnsan bu oda daxil olsa məhv olar. Əxlaq alimləri deyir ki, insan nəfsində onu özünə məşğul edən meyillər var. Əgər insan bu meyillərə aludə olsa dayanacaq yoxdur, daim dərinə gedəcək. Şəhvət və ləzzəti tərk etmək çətindir. Bu meyilə uyanlar qurtula bilmir. Həzrət buyurur ki, tamah şeytanın insana içirdiyi şərabdır. İnsan ayılanda xəbər tutur ki, cəhənnəmdədir, şeytanı yanında görür. Şəhvət tüğyan etsə onun fəlakəti Nuhun tufanından ağır olur. Şair deyir ki, ruh dəryasındakı coşqun dalğalar Nuhun tufanındakından yüz qat təhlükəlidir.
Mövlana deyir: “Nəfsin tufanı Nuhun tufanından yüz qat güclüdür və hər şeyi qərq edir. Azğın nəfs istəyi dalğaları insanın bütün şərəf ləyaqət bağlarını qırır. İnsanın bir başı, bir ağzı var. Amma cilovunu qırmış nəfsin başı bir deyil. Nəfsin 800 başı var…”
Azğın nəfsin bir ağzı açılsa artıq onu bağlamaq mümkün deyil. O insanın bütün mənəvi sərvətini udasıdır.
Bu dünyada çox səslər var ki, yalnız mənəviyyat qulağı ilə eşidilər. İnsanın maddi qulağı, ağzı və gözü dünya həyatından sonra təsirsizdir. Bəzi insanlar ölümdən sonra kar, kor və laldırlar. Çünki daim hissə uyublar.
Nəfs tüğyan qoparanda qızmış şirə dönür. Onu necə cilovlamaq olar?! Mövlana deyir ki, bu şiri dovşanla aldatmaq olmaz. Əgər qarşındakı düşməni öldürmüsənsə arxayınlaşma və bil ki, öz içindəki düşmən ondan təhlükəlidir. Mövlana “şir ovuna dovşanla getməzlər”, deyir.
Cəhənnəm Allahla söhbət edir. Allah ondan doyub-doymadığını soruşur. Cəhənnəm doymadığını deyir. Öz qurbanlarının davamını istəyir. Mövlana nəfsin cəhənnəmlə oxşar cinsdən olduğunu söyləyir. Yəni nə nəfs doyur, nə də cəhənnəm. Şair deyir ki, cəhənnəm yeddi dənizi içsə belə susuzluğu azalmaz, insan da onun kimi.
Nəfs çeşidli xörəklər yeməklə doymaz. Allahdan nida gələr ki, doydunmu? Nəfs isə cəhənnəm kimi yeminin davamını istər. Əgər dünyanı nəfsə yedirsən doyası deyil. Çünki onun iştahası həqiqi iştaha deyil.
Cəhənnəmlə bağlı bu söhbətlər Quranda yer alıb. Cəhənnəm nərə çəkib Allahdan qurbanlarının davamını istər. Mövlana deyir ki, nəfsin böyük müsibəti insandan seçim qabiliyyətini almasıdır. Nəfs tüğyan qopardıqda insan artıq yaxşını pisdən seçə bilmir. Doktorluq dərəcəsi almış şəxs belə haqqı batildən seçmir. Nasir Xosrov deyir: “40 il yuxuda oldum, sonda bir yuxu ilə oyandım. 40 il mənə yuxuda dedilər ki, nə üçün şərab içirsən? Dedim hələ ki, qəm-qüssəni aradan qaldıran başqa bir şey tapılmayıb. Dedilər ki, ağlını əlindən alanı həkim sayma.” Mövlana deyir ki, bizim nəfsimiz cəhənnəmin bir cüzüdür. Cüzdə küllün tələbləri var. (küll, yəni tam). Tam cəhənnəmdir və bu cəhənnəm doyası deyil. Nəfs bu tamın bir cüzüdür. Tamın xüsusiyyəti onda da var. Yəni cəhənnəm doymadığı kimi nəfs də doymaz. Bəzilərinin hesabsız var-dövləti olsa da gözü doymur. Mövlana deyir ki, çölümdən ayrıla bilsəydim içimə baxa bilərdim.
Şair deyir ki, daim çöl düşməni ilə vuruşdum və onu məğlub etdim. Səddam və ABŞ-ı yada salaq. Onlar xarici düşmənlərdir. Amma daxili düşmənlər də var. Peyğəmbər (s) savaşdan qayıdanda buyurur: “Kiçik cihadda qalib gəldik, böyük cihadda vuruşmalıyıq.” Soruşdular ki, bu qədər ağır savaş kiçik cihad oldu? Həzrət (s) buyurur ki, böyük cihad insanın nəfsi ilə vuruşur, böyük qələbə nəfs üzərində qələbədir. Hafiz deyir ki, məni dünyadan ayıracaq bir acı şərab sorağındayam. Mövlana deyir ki, çöl döyüşdən dönüb iç döyüşə başladım.
Peyğəmbərin (s) ardınca böyük cihada üz tuturuq. İnsan böyük cihadda məğlub olsa qarşıda vəziyyəti ağır olacaq. Qaranlıq vadilər onun sorağındadır. Bu qaranlıq vadilər nəfs zülmətinin dünyadakı təcəssümüdür. Peyğəmbər (s) buyurur ki, insanlar yatıb, öləndə oyanacaq.
Bəs nəfs üzərində necə qələbə qazanmaq olar? Şairin təbirincə, insana dənizi yaracaq qüvvə lazımdır. Nəfs Qaf dağı kimidir. Onu dırnaqla zərrə-zərrə ovmaq lazımdır. Dəryanı yaran qüvvə nədir? Bu qüvvə təqvadır. Mövlana sözünün davamında deyir ki, əsl şir özünü məğlub edə bilən şirdir.
Amerikanı məğlub etmək çətin deyil. Əsl qələbə insanın öz nəfsi üzərində qələbəsidir. Söhbətin davamı şirindir. Mövlana mövzunu incəliyinə qədər açıqlayır. İnsanın təqvanın qədrini bilməsi üçün çox danışmaq lazım gəlir. Nəfs alovunu yalnız təqva söndürür. İslamın tərbiyə sistemi bu nöqtə üzərində dayanır. Əsrin İmamı (əc) zühur edəndə onun tərbiyə üsulu təqva üzərində qurulacaq. Həzrətin hünəri bu olacaq ki, bütün insanlarda təqva həqiqətini canlandıracaq.
————————————————————————————–
İkinci xütbə