Islam

Hakimiyyət İslamın Haqqıdır

Məlum olduğu kimi İslam şəriəti təkcə fərdi yönümlərə nəzarət etmir, həm də ictimai-siyasi münasibətləri tənzimləyir və hakimiyyət məsələləri ilə məşğul olur. İslam hakimiyyət ixtiyarını bəşəriyyətə verməmişdir və insanlar öz ağılları əsasında bu sahədə razılığa gələ bilməzlər. İslamda həm siyasi kökmlər var, həm də hökumət və hakimin tə`yini üçün xüsusi bir nəzəriyyə mövcuddur.

Dövrümüzdə bir çox adını ziyalı qoymuş insanlar İslamın siyasətdən uzaq bir din olmasını iddia edirlər. Düşmənin diqtəsi ilə oturub-duran bu “ziyalılar”-ın İslamdan heç bir anlayışları olmadığı halda bu cür iddialar irəli sürməsi həqiqətən də gülüncdür.

İnsanların əqidsinə yeritmək istədikləri bu fikir əslində İslam düşmənlərinin İslam əleyhinə olan planlarının tərkib hissələrindəndir. Məqsədləri İslamı sadəcə adət -ənənələrdən ibarət olan din kimi göstərmək istəyən bu mənfur düşmənlərimiz İslamı siyasi səhnədən çıxararaq insanları öz siyasətləri ilə istədikləri kimi idarə etmək istəyirlər. Çünki bilirlər ki, əgər insanlar İslamın həqiqətlərini olduğu kimi dərk etsələr, bu zaman onların gündüzləri gecəyə dönər və bir an da olsun rahat otura bilməzlər.

Bugün dini siyasətdən uzaqlaşdırmaqla inanan insanları siyasi səhnədən silmək istəyirlər. Bugün zalımları qorxuya salan məhz İslamın siyasiliyidir. Bu səbəbdəndir ki, bugün cəmiyyətimizdə siyasətdən uzaq olan İslamı təbliğ etmək istəyirlər.

Bununlada müsəlmanları yalnız bir qırağa çəkilib ibadətlə məşğul olaraq hakimiyyət işinə müdaxilə etməmələrini istəyirlər. Necə ki, xristianlığı siyasi səhnədən silərək yalnız quru ibadətləri saxladılar, İslamı da bu cür etmək istəyirlər. Düzdür, İslamla xristianlığı müqayisə etmək düz çıxmazdı. Çünki, xristianlığın siyasi səhnədən ayrılmasına səbəb din adından sui istifadə edən rahiblərin çirkin əməlləri səbəb olmuşdur.

” Necə ki, xristianlığı siyasi səhnədən silərək yalnız quru ibadətləri saxladılar, İslamı da bu cür etmək istəyirlər. “

Biz bunu əminliklə bilməliyik ki, bugünku problemlərlə dolu dünyanı idarə edərək islah etmək haqqı yalnız İslamındır. Dünyaya sülhü yalnız İslam bəxş edə bilər. Dediklərimiz heç kəsə sadəcə ağızdan çıxan boş sözlər kimi qəbul etməsin

Dediklərimizə sübutumuz var. Həzrəti Peyğəmbərin dövründə dünya öz qızıl dövrünü yaşayıb. Sadəcə 23 illik qısa bir müddət ərzində İslamın sayəsində mənəviyyatsızlıq bataqlığında boğulan bir cəmiyyət o vaxtki dövrün ən sivil cəmiyətinə çevrilmiş oldu. Bəli, bütün bunlar Allahın izni ilə İslamın sayəsində mümkün oldu. Bugünkü məşəqqətlər və problemlərlə dolu dünyamız da məhz İslam hakimiyyətinin sorağındadır.

Dünyanın problemlərini sosializmlə, kapitalizmlə həll etmək istəyənlər dərk etməlidirlər ki, yeganə həll yolu İslamdır.

Bugün İslamın siyasətdən ayrı bir din olduğunu iddia edənlər həqiqətdə İslamala tanışlığı olmayan şəxslərdir. İslamın siyasi baxışlara malik olduğunu anlamaq üçün sadəcə bu dinin özünə müraciət etmək kifayətdir.

İslamda siyasətin yeri ilə tanışlıq üçün Qur`an mətnləri və dini maarif nəzərdən keçirilməlidir. Qur`ana müraciət etdikdə görürük ki, İslam ibadət və əxlaq kimi fərdi mövzuları aydınlaşdırdığı kimi, izdivac və ticarət kimi ictimai mövzuları da nəzərdən keçirir. Övlad
” Dünyanın problemlərini sosializmlə, kapitalizmlə həll etmək istəyənlər dərk etməlidirlər ki, yeganə həll yolu İslamdır. “
tərbiyəsi, əmr sahiblərinə itaət, borc, müharibə və sülh, mühakimə, beynəlmiləl hüquqlar kimi mövzularla bağlı göstərişlər verilir.

Qur`anda uyğun mövzularla bağlı ayələr çoxdur. Həmin mövzular rəvayət və hədislərdə daha çox açıqlanmışdır. Bütün bu mə`lumatlardan sonra İslamı siyasətdən uzaq saymaq, onun yalnız ibadi və əxlaqi mövzularla məşğul olduğunu iddia etmək hansı məntiqə sığır?

Bu ayələr Qur`ani-kərimin ictimai rabitələr və cəmiyyətə rəhbərliklə bağlı ayələrininin kiçik bir hissəsidir. Bu mövzu qat-qat artıq şəkildə İslam peyğəmbəri (s) və mə`sum imamlardan nəql olunmuş rəvayətlərdə bəyan edilir. Belə bir sual yaranır ki, bu ayə və rəvayətlər fərdə, insanla Allah arasındakı münasibətlərə, yoxsa insanlar arasındakı rabitələrə aiddir?

Əgər İslam mahiyyətcə ayə və rəvayətlərdə toxunulan mövzulardan ibarətsə, onu siyasətdən uzaq saymaq və ictimai münasibətlərə müdaxilə etməməsini münasib bilmək nə dərəcədə düzgündür?! Doğrudanmı, İslam dünya işlərini insanların öz öhdəsinə buraxmış və yalnız axirətlə bağlı suallara cavab verir?

İnsaflı və məntiq əhli olan şəxslərdə zərrəcə şübhə yoxdur ki, İslam təkcə axirət dini deyil. Bəli, bə`ziləri inadkarlıq göstərərək bir çox aşkar mövzuları inkar edirlər. Amma Qur`an və rəvayətlərdə açıq-aşkar şəkildə bəyan olunmuş hazırkı mövzunun inkarı günün günorta çağı günəşi inkar etmək kimidir.
Bəli, hər cəhətdən araşdırdıqda hakimliyin məhz İslamın haqqı olduğunu görürük. Çünki, bu hakimlikdə nümunə götürə biləcəyimiz Həzrəti Muhəmməd (s), Həzrəti Əli (ə) kimi İslam rəhbərləri var. Elə bir rəhbərlər ki, dünya hələ də bu cür idarəçi və rəhbərlərin intizarındadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button