ArxivQadin və hicabXəbər lentiXəbərlər

Fransanın məşhur universiteti “Hicab günü” aksiyası keçirib

Fransada SciencesPo Paris universitetində hicablı xanımlara dəstək aksiyası keçirilib.

İslaminSesi Habertürk-ə istinadən bildirir ki, Fransanın ən qədim və siyasət akademiyasl kimi tanınan SciencesPo universitetində hicablı xanımlara dəstək olmaq üçün “Hicab Günü” (Hicab Day) aksiyası keçirilib. Fransada universitetlərdə hicabın qadağan olunması layihəsinə etiraz olaraq həmin gün tələbələr universitetə hicab bağlayaraq gəliblər. Müsəlman və müsəlman olmayan tələbələrin ortaq dəstək verdiyi bu aksiya zamanı universitetin qapısında hər kəsə pulsuz yaylıq paylanıb.

Hətta bəzi oğlan tələbələrin də bu yaylığı bağladığı müşahidə edilib. İnternetdə yayımladıqları açıqlamada Fransanın hicaba qarşı qadağalarını pisləyən aksiya iştirakçıları bu qadağanı “Respublika dəyərlərinə” qarşçı çıxmaq kimi dəyərləndiriblər. Aksiya bir gün davam edib və aksiya ərzində hər kəsə hicab haqqında müfəssəl məlumat verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button