
karikatura ustası Elmail Qulami qətliam qurbanları və terrordan əziyyət çəkən vətəndaşların fotolarının illüstrasiyasını hazırlayıb.
Fotolarda dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narin, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata, 5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub.
Müəllif bununla bildirib ki, əgər Gəncə qətliamı olmasaydı, onların hər biri həyatına davam edəcəkdi…



