ArxivXəbər lentiXəbərlər
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qorosik edib

“Report” xəbər verir ki, dövlət başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu deyib.
İnformasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi, ilk növbədə, İran Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O bildirib ki, Prezident Həsən Ruhani Azərbaycan Prezidenti barəsində danışan zaman onu bir qardaş kimi görür və hər zaman Prezident İlham Əliyevin qurucu insan olduğunu qeyd edir.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.