General Hacızadə: İran regionda ən böyük PUA filosuna sahibdir

İran Sipahilər Ordusu Hava Kosmos Birliyi komandiri general Əmir Əli Hacızadə, “Beytül-Müqəddəsə Doğru-1” təlimi əsnasında etdiyi açıqlamada, İranın regionda ən böyük PUA filosuna sahib olduğunu ifadə edib.
Əmir Əli Hacızadə, “Beytül-Müqəddəsə Doğru-1” təlimi əsnasında etdiyi açıqlamada, İranın regionda ən böyük İHA filosuna sahib olduğunu qeyd edib.
General Hacızadə təşkil edilən təlimin xüsusiyyətlərindən birinin çox kiçik bir coğrafi bölgədə PUA-ları eynivaxtlı uçurmaq və bunun üçün lazımlı planı hazırlayaraq tətbiq etmək olduğunu ifadə edib.
Təlimə sipahilərin “ovladığı” MQ-1 PUA-sı kimi PUA-ların qatıldığına işarə edən Hacızadə, bu hərəkətin hegemonların üzünə endirilən ağır bir yumruq olduğunu vurğulayıb.