ArxivXəbər lentiXəbərlər
Görəsən ABŞ-ın ürəyi başqa nə istəyir? Türkiyənin strateji müttəfiqindən türk dövlətinə qarşı 8 ağır şərt

ABŞ ilə Türkiyə arasında davam edən “rahib krizi” davam edir.
Türkiyəyə təzyiq mexanizmini işə salan ABŞ münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.
Belə ki, rahib Branson sərbəst buraxılsa da, ABŞ-ın irəli sürdüyü digər şərtlərin yerinə yetirilməsi imkansızdır. Müharibədə zəfər çalan tərəfin belə bu qədər ağır şərtlər irəli sürdüyü görülməyib. Qısacası, Tramp Ərdoğandan Türkiyəni köhnə dövrə – ABŞ önündə “hazır ol”da olmağa dəvət edib ki, yeni Türkiyənin belə bir şərtlərə təslim olmaycağını Ağ ev də bilir.
Şərtlər:
- Rahib Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.
- Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.
- Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.
- Ankara Qüds siyasətinə yenidən baxmalıdır.
- Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.
- “Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.
- Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.
- Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.
Qısacası, ABŞ bu tələblərlə NATO ortağını sürətlə itirməkdədir.