Bu gün səhər Göyçay şəhərində Quran müəllimi Nurlan Musayev polis idarəsinə dəvət olunub.
Yaxınlarından Maide.Az-a verilən məlumata görə o bu gün səhər polis idarəsinə çağırılaraq telefon və notbuku müsadirə edilib. Sonra N.Musayevin isə Bakı şəhərinə aparıldığı bildirilir.
Ailə üzvləri Nurlan Musayevin saxlanılması ilə bağlı Dini Komitə, QMİ və digər aidiyyatı orqanlarla əlaqə saxlayıb. Qurumlar bununla bağlı hansısa bir məlumatın olmadığı bildirilib.