ArxivmədəniyyatXəbər lentiXəbərlər

Gözləməyi məsləhət görürlər – Oqtay Güləliyevin səhhəti ilə bağlı

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır-stabil olaraq qalır.

Onun sözlərinə görə, həkimlər hər keçən gün üçün qeydə alınan cüzi irəliləyişə görə, gözləməyi məsləhət görürlər.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Modern.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button