ArxivXəbər lentiXəbərlər

Gürcüstan İranla viza rejimini ləğv edir

Tehran və Tbilisi bütün sahələrdə münasibətləri yaxşılaşdırmalıdırlar.

Oxu.az xəbər verir ki, bu barədə bazar ertəsi İran prezidenti Həsən Ruhani Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə telefon söhbəti zamanı bildirib.

“İran və Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq iki xalqın maraqlarına müvafiq olaraq möhkəmləndirilməlidir”, – Ruhani vurğulayıb.

İran prezidenti Tehran və Tbilisinin iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün böyük potensiala malik olduqlarını əlavə edərək, iki ölkə arasında viza rejiminin ləğv edilməsinin münasibətlərin inkişafına yardım edəcəyini qeyd edib.

Georgi Kvirikaşvili öz növbəsində, Gürcüstanın ikitərəfli münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu qeyd edib.

Gürcüstanın baş naziri, həmçinin yaxın zamanda Tehrana səfər edəcəyini bildirərək, İran prezidentini də Tbilisiyə dəvət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button