ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan Müsəlmanlar İdarəsi 250 əlilə əlil arabası verilir – FOTO

Bu gündən başlayaraq ümumilikdə 250 əlilliyi olan vətəndaşlara əlil arabası veriləcəkdir.

Bu gündən başlayaraq ümumilikdə 250 əlilliyi olan vətəndaşlara əlil arabası veriləcəkdir. Bu haqda Gürcüstan Müsəlmanlar İdarəsindən İslamazeri.com-a məlumat verilib. Məlumata görə, Gürcüstan Müsəlmanları İdarəsinə müraciət edənlərdən 70 əlilə artıq bu gün əlil arabası təqdim olunub.

Təqdimat zamanı Gürcüstan Müsəlmanları İdarəsisinin şeyx və müftiləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və din müşavirliyi iştirak ediblər.

Gürcüstan Müsəlmanları İdarəsisinin təşəbbüsü və Türkiyənin ölkəmizdəki Səfirliyinin Din müşavirliyi ilə birgə təşkilatçılıq sayəsində 40 azyaşlı, 200 böyüklər üçün və 10 elektron variant olmaqla əlil arabalarının ayın sonuna qədər təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki ötən illərdə də Gürcüstan Müsəlmanları idarəsi onlarla əlil arabası alıb əlilliyi olan vətəndaşlara təqdim edib. Bu xeyriyyə aksiyasının gələcəkdə də davam edəcəyi nəzərdə tutulub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button