ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan Müsəlmanları İdarəsindən yetimlərə Ramazan payı

Gürcüstan Müsəlmanları İdarəsindən yetimlərə Ramazan payı hədiyyə edilib

İslamazeri.com-a verilən məlumata görə, Gürcüstan Müsəlmanları İdarəsi bu gün Uşaqların Beynəlxalq Müdafiə günü 150-ə yaxın yetim uşaqlara Ramazan payı verməklə yad edib. Eyni zamanda hər il olduğu kimi bu ildə də Rustavi və Batumi şəhərlərində olan kimsəsiz və fiziki qüsurlu uşaqlar yurduna ümumilikdə 3000 lari məbləğində ehtiyacları olan əşyalar alıb həmin yurdalara bağışlanılıb.

Qurum yaydığı məlumatda bildirib ki, müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması və düzgün təlim və tədrisi dövlətin və hər kəsin əsas məsuliyyətərindəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button