ArxivXəbər lentiXəbərlər
Gürcüstan prezidenti: Ölkə vətəndaş qarşıdurması ilə üzləşib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, Tbilisidə hüquq-mühafizə orqanlarının gecə klublarına xüsusi əməliyyat keçirməsi zamanı ölkədə vətəndaş qarşıdurması yaranıb. FaktXəbər “Qruziya Onlayn” saytına istinadən bildirir ki, o, əlavə edib ki, ölkədə vətəndaş qarşıdurması həddində gətirib çıxaracaq vəziyyət bir neçə saat ərzində yaradılıb.
“Bu günlərdə cəmiyyət tam iflas gördü, həm siyasi, həm də administrativ cəhətdən. Bir sıra səhvlər xüsusi əməliyyatla davam etdi. Hakimiyyətin məqsədi söz və düşüncə azadlığını qoruyub saxlamaq, eyni zamanda həm paytaxt küçələrində, həm də ictimai-siyasi proseslərdə asayişi qorumaqdır”,-deyə Georgi Marqvelaşvili vurğulayıb.