ArxivXəbər lentiXəbərlər

Gürcüstan prezidenti Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təbrik məktubu ölkə prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Qurban bayramı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Qurban bayramı – sülh, həmrəylik, ümid və xeyrin şərə qalib gəlməsi deməkdir”, prezident vurğulayıb.

Ölkəsindəki müsəlman ailələrin bayram sevincini paylaşdığını deyən prezident bütün müsəlmanlara uğur və xoşbəxtlik arzu edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button