Rəsmi London Azərbaycana səfəri təhlükəli hesab edir

qafqaz.ir-ın “haqqin.az”-a istinadən verdiyi xəbərə görə, Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarının səfər etnələri üçün təhlükəli saydıqları ölkələrin siyahısını dərc edib. Britaniya vətəndaşları üçün ən təhlükəli ölkələr isə bunlarıdır; Suriya, Əfqanıstan, Burundi, MAR, Çad, Konqo Demokratik Republikası, Qvineya, İraq, Liviya, Mavritaniya, Niqer, Fələstin, Siera-Leone, Somali, Cənubi Sudan, Tunis və Yəmən.
Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri vacib işləri olmadığı təqdirdə adı aşağıda çəkilən ölkələrə getməyi məsləhət bilmir bu ölkələr arasında Azərbaycan, Ermənistan, Rusiya və Gürcüstan var. Britaniyalılara Azərbyacan Ermənistan münaqişəsi zonasına, Rusiya-Ukraina sərhədi bölgəsinə Gürcüstan Rusiya sərhədi ərazisinə və Çeçenistana getmələri məsləhət görülmür.