06.12.2015 Tarixində Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə İranın Qum şəhərində ikinci “Ərbəinin faydaları” adlı konfrans keçirildi. Konfransda Gürcüstandan Ərbəinə zəvvar olan dindarlar, Cəmiətil Müstəfa beynəlxalq universitetinin müəllimi Əli Adimənt,Tehran Universitetinin doktorantı Mirismayıl Əsədov və Camiətul Müstəfa universitetinin İlahiyyat fakultəsinin tələbəsi Elçin Cəfərli iştirak etdilər.
Konfrans quran sədaları ilə başladıqdan sonra Ü.G.M.A.D.İ.N.-nin sədri Mirtağı əsədov açılış etdi.
Konfransda Ərbəin səfərinin, Ərbəin yürüyüşünün, Kərbəla ziyarətinin dəyərlərindən söhbət açıldı və müxtəlif mövzularda müzakirələr edildi.
