ArxivXəbər lentiXəbərlər

Gürcüstanda Əfqan Muxtarlıya görə daha bir aksiya

Gürcüstanda oğurlanıb Azərbaycan hökumətinə təhvil verilən jurnalist Əfqan Muxtarlının həbsinə etiraz olaraq Gürcüstanda daha bir aksiya keçirilib.

Jurnalistin mudafiəsi ilə bağlı aksiya 1 iyun saat 11-də Gurcustan Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında keçirilib.

Aksiya jurnalist hüquqlarını müdafiə təşkilatlarının iştirakı ilə keçirilib, paytaxtdan və bolgələrdən olan 100-ə yaxın jurnalist qatılıb.

Müxtəlif xəbər agentlikləri, televiziyalar və hüquq müdafiəçilərinin də işıqlandırdığı tədbirdə Əfqan Muxtarlıya azadlıq və Gürcustan hökumətindən izahat tələb olunub.

Vəkillər Əfqan Muxtarlının mayın 29-da Tiflisdə kriminal polis tərəfindən saxlanıldığını və Azərbaycan sərhədçilərinə təhvil verildiyini bildirir.

Mayın 31-də Səbail rayon Məhkəməsi jurnalist haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.

Azərbaycan Baş Prokururluğu və Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Əfqan Muxtarlı Azərbaycan dövlıət sərhəddini qanunsuz keçərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz olaraq keçmək və hakimiyyət nümayəndəsinə qarşı müqavimət maddələri ilə iş açılıb.

Amnesty International jurnalisti vicdan məhbusu elan. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının həbsinə etiraz bəyanatları yayıb. (abzas.net)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button