Gürcüstanda İmam Məhdinin mübarək mövludu münasibətilə daha bir mövlud mərasimi keçirilib. Qardabani rayonu, Qara Təhlə kəndinin İmam Əli məscidində keçirilən mərasimə yaxınlıqdakı şəhər və qəsəbələrdən əhali toplanıb. Mərasim çıxışlar və qəzəllərin oxunuşu ilə keçirilib. Tədbirdə ehsan süfrəsi qurulub və ruhanilərin bu günlə bağlı çıxışları diqqət çəkib. Gürcüstanda daha bir mövlud mərasimi keçirilib - FOTO