Ayətullah Ərdəbili vəfat etdi

Ayətullah Əbdülkərim Musəvi Ərdəbili bu gün günorta çağlarında dünyasını dəyişib.
İslamazeri.az xəbər verir ki, Ayətullah Əbdülkərim Musəvi Ərdəbili bu gün günorta çağlarında dünyasını dəyişib.
Qeyd edək ki, dünən ürək tutması keçirən Ayətullah Ərdəbili səhər saatlarında xəstəxanaya yerləşdirilmişdi.
Onun ümumi vəziyyətinin yaxşıya doğru getdiyi bildirilirdi.
Daha sonra, bu gün ürəktutma səbəbilə Tehranın “Lalə” xəstəxanasına yerləşdirildiyini bildirən xəstəxana rəhbərliyi açıqlama vermiş və əlavə etmişdi ki, “Ayətullah Ərdəbilinin ümumi vəziyyəti ötən günlərə nisbət daha yaxşıdır, lakin hələ də koma vəziyyətindədir. Onun qan təzyiqi artıb. Biz onun tez bir zamanda ayağa qalxması üçün əlimizdən gələni edirik.”