ArxivXəbər lentiXəbərlər

Gürcüstanda “Hər gün aşura,Hər yer Kərbəla” adlı yürüş təşkil olundu.

21.10.2015 Tarixində Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidi və Qızılhacılı İmam Həsən(ə) kənd məscidinin təşkilatçılığı ilə “Hər gün aşura,Hər yer kərbəla” adlı yürüş təşkil olundu.

İmam Əli(ə) məscidindən “Ya Huseyn” karvanı ilə yola çıxan möminlər,Qızılhacılı kəndinin mərkəzində kənd möminləri ilə birləşərək mərsiyyə sədaları altında İmam Həsən məscidinə getdilər. Məscidin həyətində mərsiyyə oxunub əza saxlanıldı.Məscid möminləri tərəfindən “İmam Ehsanı” verildi.

Təşkil olunan yürüşün mahiyyəti barədə İmam Həsən(ə) məscidinin fəallarından olan Əli Mürtəza Əliyev saytımıza danışdı.

“Bismillahir-rəhmanir-rəhim. Allahın salamı olsun İmam Huseynə(ə), onun əshabına və İmam Huseynin (ə) layiqli davamçılarına. Və Allahın lənəti olsun İmam Huseyn(ə)-ın,əshabının qatillərinə və İmam Huseyn(ə)-ın tərəfdarlarının düşmənlərinə.
Biz Məhərrəm ayının 7-ci günü münasibəti ilə “Hər gün aşura,hər yer kərbəla” adlı yürüşü etməkdə məqsədimiz oldur ki məntəqə müsəlmanları əza ayından agah olsun. Kəndimizdə və ətraf kəndlərdə Məhərrəm ayına ciddiyyət daha da artsın, insanlar İmam Huseyn(ə) və onun məktəbi barədə daha çox mariflənsinlər.
Mən məscidimizin heyəti adından bu işdə əziyyəti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. İmam Əli (ə) məscidinin heyət üzvlərinə də dərin təşəkkürümü bildirirəm. İmam Huseyn(ə)-ın adı ətrafında vəhdətlə cəm olub əza saxlamağımızı bu ayın ən gözəl addımlarından hesab edirəm. Allah qəbul etsin”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button