ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Gürcüstanda İslam Peyğəmbərinin (s) mövludu qeyd olunub – FOTO

QAfqaz.ir xəbər verir ki, Gürcüstanda Dmanisini Yuxarıqarabulaq kəndində əziz “Vəhdət həftəsi”, İslam peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu qeyd olunub.
Dmanisinin Yuxarıqarabulaq kəndində Gürcüstan musəlmanları idarəsi və İran İslam respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbərliyi tərəfindən əziz İslam peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu qeyd olunub.
Tədbir, Yuxarıqarabulağın axundu Məşədi Vüqarın aparrıcılığı ilə başlayıb. Məclisi Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıb. Hacı Mahir Məmmədov tədbirdə iştirak edən qonaqları salamlayaraq, mövludun əhəmiyyətindən danışıb. Məclisin bir sonrakı hissəsində Şeyxin nümayəndəsi Hacı Niyazi, Dmanisinin meri cənab Koba Muradaşvili, Gürcüstan musəlmanları idarəsinin Dmanisidəki müftüsi Hacı Almaz, İran İslam resbuklikasının mədəniyyət mərkəzinin rəhbəri cənab Məhdi Səadətnejat və BGMİ Şeyxinin müavini Hacı Qurban Murquzov mövludun əhəmiyyətindən danışaraq Peyğəmbərimizin (s) dəyərli tövsiyələrindən söz açıblar.
Məclisdə Gürcüstan müsəlmanlar idarəsinin əməkdaşları, İran respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri, Dmanisinin bələdiyyəsinin meri, nümayəndələri, müəllimlərivə kənd sakinləri iştirak ediblər.
Tədbirdə dəyərli məddah Səid Həsənin ifalarıda yer alıb. Tədbirin sonunda püşk atmaq yolu ilə 2 nəfərə İmam Rzanın (ə) müqəddəs ziyarətinə səfər hədiyyə olunub, məclis iştirakçılarına ehsan süfrəsi açılıb.