Xəbərlər
Gürcüstanda “İslam Vəhdəti” adlı konfrans keçirilib + Fotolar
Gürcüstanın paytaxtı Tifilisdə islam peyğəmbəri (s) və İmam Sadiq (ə) mövlüdü münasibəti ilə “İslam Vəhdəti” adlı konfrnas keçirilib.
Bu barədə SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Bakıdan gəlmiş ilahiyyatçı alim Seyyid Əli Əkber Ocaq Nejad tədbir iştirakçılarını salamlayıb və bu mövlud münasibəti ilə təbrik edib. Əli Əkber Ocaq Nejad vəhdət həftəsi ilə bağlı konfrnas iştirakçılarına geniş məlumat verib.
Sonra QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev çıxış edib. O, belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Sonda mərasim iştirakçılarına ehsan verilib.
nardaranpiri.com