Gürcüstanda ötən sutka ərzində koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər sağalıb. “StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 3695 nəfərə çatıb. İndiyədək ümumilikdə Gürcüstanda 1534 nəfər bu xəstəlikdən sağalıb. Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 19 nəfərdir. Hazırda 4988 nəfər karantindədir, 836 nəfər həkim nəzarətindədir. 41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib. Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb. qafqaz.ir