Məhərrəm ayının artıq 1-ci günüdür və Müsəlmanlar Peyğəmbər(s) nəvəsi və 3-cü İmam olan İmam Hüseyin(ə)-a əza saxlayıb ehsanlar verirlər. Qeyd olunan Məhərəm ayının başlanması ilə bağlı Müsəlmanların sıx yaşadığı Marneuli şəhərinin bazarında ehsan verildi.
Bu gün Məhərrəm ayının biri münasibəti ilə Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə Marneuli şəhərinin mərkəzi bazarında sakinlərə imam ehsanı verildi. Marneulinin İmam Cüməsi Höccətil islam H.Hacıyev şəxsən özü ehsan paylamaqda iştirak edib. İdarənin üzvləri “İmam ehsanının” aşuraya qədər hər gün davam edəcəyini bildirdilər.