Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2018” beynəlxalq hərbi-texniki forumun və “Milli təhlükəsizlik həftəsi” forumunun açılış mərasimində iştirak edəcək.
Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.