ArxivXəbər lentiXəbərlər

Moskvada vəhabilər məscidə toplaşan şiələrə hücum etdi/foto

Hazırda məsciddə gərginlik davam edir.

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

İslamazeri.az-ın “Lent.az”a istinadən məlumatına görə, bu gün 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib .

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir.

Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button