“Qafqaz Əmirliyi”nin iki lideri Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib
İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Dağıstanın Buynaks şəhərində “Qafqaz Əmirliyi”nin lideri, “Əbu Muhəmməd Dağıstani” ləqəbli Əliəshab Kebekov və Unsukul rayonunun “əmiri” və “Şamil Balaxanski” ləqəbli Həsənov Şamil Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib. Əliəshab Kebekov Doku Umarovdan sonra “Qafqaz Əmirliyi” adlı terrorçu qruplaşmanın rəhbərliyinə seçilmişdi. Verilən məlumata görə, bir neçə gün əvvəl həyata keçirilən əməliyyat-axtarış zamanı Kebekov və Həsənovdan başqa daha bir terrorçu da öldürülüb. Kebekovun İŞİD-ə qarşı olması “Əl-Qaidə”yə bağlılığı ilə tanınırdı. Qeyd edək ki, ötən ilin axırlarında Şimali Qafqaz əsilli terrorçuların bir hissəsi İŞİD lideri Bağdadiyə beyət etmələrini açıqlamışdılar.