ArxivXəbər lentiXəbərlər

Gürcüstandakı Azərbaycan təşkilatları ermənilərin nəzarətinə keçir – Qarabağ Azadlıq Təşkilatı

Bu barədə Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumatda deyilir.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Gürcüstanda bəzi Azərbaycan təşkilatlarının ermənilərin təsiri altına düşmələri, faktiki olaraq ermənilərə xidmət etmələri ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə göstərilir: Gürcüstanda bəzi Azərbaycan təşkilatlarının ermənipərəst mövqeyi, ermənilərə xidmət göstərmələri ilə bağlı Sizə müraciət edirik. Dünən Tiflis şəhərində azərbaycanlı və erməni gənclərin birgə “sülhə çağırış” tədbiri keçirməsi artıq heç bir ölçüyə sığmır. Azərbaycanlı, erməni, gürcü gəncləri guya Qafqazda sülhə tərəfdar olduqlarını göstərmək üçün birgə aksiya keçiriblər, o cümlədən Azərbaycanla Ermənistanı sülhə nail olmağa çağırıblar. Bu gənclər əgər doğrudan da sülh istəsəydilər, aksiyalarını işğalçı Ermənistana qarşı yönəldər, Qafqazda sülh naminə Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoymağı tələb edərdilər. Bunu etmirlərsə, Azərbaycanın torpaqları işğal altında qala-qala sülhə çağırırlarsa, deməli erməni siyasətinə xidmət edirlər. Bir müddət əvvəl də oxşar hadisə baş vermişdi. Azərbaycan, gürcü, erməni və digər milli azlıqların təşkilatları birgə müraciətlə erməni İzabella Osipovanın (Osipyanın) Gürcüstanın İctimai Televiziyasının Məşvərət Şurasına namizədliyini vermişdilər və onun namizədliyi parlamentdə təsdiq olunmuşdur. Həmin sənədə imza atan erməni təşkilatlarının hamısı Azərbaycana qarşı düşmən mövqedə dayanır, gürcü təşkilatlarının əksəriəti Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirir. Səkkiz Azərbaycan təşkilatının həmin siyahıya qoşulması rüsvayçılıqdır. Bu təşkilatların rəhbərləri Zaur Xəlilov, Leyla Məmmədova, Səbinə Talıbova, Fərhad Musayev, Gülya Mustafayeva, Leyla Süleymanova və digərləri ermənilərlə birlikdə erməni namizədi müdafiə etməklə nə demək istəyirlər? Məlumat üçün bildiririk ki, Gürcüstanda bu proseslərə Van Bayburt və Arnold Stepanyan adlı erməni “xadimləri” rəhbərlik edir. Onlar Gürcüstanda müxtəlif məsul vəzifələrdə çalışıblar, indi ciddi maliyyə mənbələri var, daxildən və xaricdən maliyyələşirlər. Onlar vaxtaşırı Azərbaycan təşkilatlarına da maliyyə verir, özlərindən asılı vəziyyətə salır və istifadə edirlər. Belə çıxır ki, onlar yeyəsiz qalıblar, Azərbaycan onlara sahib çıxmır, ona görə də ermənilərdən asılı vəziyyətə düşüblər. Ciddi narahtçılıq doğuran odur ki, ermənilər Gürcüstanda situasiyaya nəzarət edir, istədiklərinə nail olurlar. 2014-cü ildə biz Qarabağ Azadlıq Təşkilatı olaraq Gürcüstana 2 dəfə səfər etdik, Qarabağ həqiqətləri ilə bağlı tədbirlər keçirdik, 3-cü dəfə getmək istəyəndə məni sərhəddən buraxmadılar, indi 4 ildir ki, mənim Gürcüstana girişimə qadağa qoyulub. Hesab edirik ki, bu, ermənilərin fitnəsinin nəticəsidir, təəssüf ki, Gürcüstan rəhbərliyi də onlara şərait yaradır. Gürcüstanda Azərbaycana qarşı fəaliyyət göstərən gürcü təşkilatları isə Azərbaycana sərbəst gedib gəlirlər. İstərdik ki, bu məsələlərin araşdırılması, gərəkli tədbirlərin görülməsi üçün ciddi araşdırma aparılsın. Və xahiş edirik ki, bu istiqamətdə təcili tədbirlərin görülməsi üçün uyğun qurumlara tapşırıqlarınızı verəsiniz.

 

QAT Mətbuat Xidməti.

02 may 2018.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button