ArxivIslamXəbər lentiXəbərlər
`Azərbaycanda Aşura ədəbiyyatı` mövzusunda beynəlxalq konfrans keçiriləcək

Noyabrın 7-də Təbrizdə “Azərbaycanda Aşura ədəbiyyatı” mövzusunda II beynəlxalq konfrans keçiriləcək.
Qafqaz mədəniyyət mərkəzi xəbər verir ki, beynəlxalq konfransda Azərbaycandan 6 Əhli-Beyt (ə) şairi , eləcə də Gürcüstan və Türkiyədən də Əhli-Beyt (ə) şairləri iştirak edəcəklər.
Qeyd edək ki, konfransın keçirilməsindən məqsəd Azərbaycan, Türkiyə və Gürcüstanda olan Əhli – Beyt (ə) şairlərinin, məddahları və araşdırmaçılarının xatirəsini anmaq və onların Aşura və məhərrəmliklə bağlı yeni yaradıcılıqları ilə tanış olmaqdır.
Konfrans İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin və Təbriz Universitetinin dəstəyi ilə keçirilir.