ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstanın keçmiş baş naziri partiyasını gələn ay təqdim edəcək

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya may ayında partiyasının təqdimatını keçirəcək.

Bu barədə onun tərəfdarı Giorgi Qoquadze “Formula” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda partiya quruculuğu üzrə fəal iş aparılır.

Keçmiş hökumət başçısının digər tərəfdarı Beka Liluaşili isə deyib ki, yaradılacaq partiya Gürcüstanda bu ilin payızında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. O, hakim Gürcü Arzusu Partiyası ilə fikir ayrılıqlarına görə istefa verib. Onun hazırkı komandası hələlik hakim partiyanı aprelin 14-də tərk etmiş 6 deputatdan ibarətdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button