İlham Əliyev NATO sammitində iştirak edib

Görəsən NATO Azərbaycanın tələblərinə cavab verirmi?
Rusiya ilə əlaqələr və terrorizmlə mübarizənin araşdırılması kimi mövzularla NATO-ya üzv 28 ölkənin dövlət başçılarının sammiti keçirilib.
Polşada NATO sammitindən öncə ABŞ dövlət katibi Con Kerri Gürcüstan və Ukraynaya səfər etdi və Gürcüstanla hərbi əməkdaşlığın gücləndirilməsi üçün anlaşma sənədi imzaladı.
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın Qafqazdakı hərəkətlərini təhrikedici adlandırıb.
ABŞ NATO iclasından öncə dövlət katibini Gürcüstan və Ukraynaya göndərdi. Halbuki Azərbaycana dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini göndərdi.
Bu arada Azərbaycan Respublikası da NATO ilə əməkdaşlıq edir və prezident İlham Əliyev də NATO sammitində iştirak etmək üçün Varşavaya gedib.
NATO Şərqi Avropa ölkələri, Polşa, Estoniya və Latviyada batalyonlar yerləşdirmək istəyir. Lakin hərbi kömək baxımından Azərbaycan üçün bir şey nəzərdə tutulmayıb.
Azərbaycan Respublikası daha çox ehtiyatı qoruyur, Rusiyanın həssas etməyə çalışmır və Moskvanın mülahizələrini tamamilə ciddiyə alır. Elə buna görə, ABŞ və NATO da Qafqazda Azərbaycanla əməkdaşlığa o qədər də maraqlı deyillər.
Qarabağda NATO-nun Azərbaycana kömək etməsi gözlənilir. NATO bildirib ki, siyasəti Minsk qrupunun proqramlarını dəstəkləyir, yəni sırf Minsk qrupu həmsədrlərinin qərarı ilə və sırf siyasi yolla münaqişə həll oluna bilər. Bu o deməkdir ki, Qarabağın hərbi həll yolu yoxdur və müdafiə qüdrətinin artırılması da regiondan kənar proqramlar üçündür.