Həbsdə olan islamçı məhbusun həyatı təhlükədədir

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, inanclı məhbus Xalid Kazımovun səhhətində ciddi problemlər yaranıb
Faktxeber.com bu barədə Cenubpress-ə istinadən məlumat verir.
Yaxınlarının verdiyi məlumata görə Xalidin gözləri tutulmaq üzrədir. Öd kisəsində ki, ağrılarından yata bilmir. Siyasi məhbus yaxınları hüquq müdafiəçilərdən, jurnalistlərdən kömək gözləyir.
Qeyd edək ki, Masallı dindarlarından olan Xalid Kazımov 2012-ci il sentyabr ayında Masallı rayonunda həbs olunub. O beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutularaq 8 il azadlıqdan məhrum edilib. Xalid Kazımov və yaxınları bu ittihamların saxta və yalan olduğunu bildirirlər.