Qarabağ mitinqində dini mövqedən çıxış edən AİP nümayəndəsi ona etiraz edənlərə cavab verdi

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Bakıda Qarabağ mitinqi baş tutub.
Mitinqdə bir çox siyasi partiya, ictimai təşkilat, tanınmış ictimaiyyət nümayəndələri ilə yanaşı adi vətəndaşlar da iştirak edib.
Mitinqi giriş sözü ilə açan QAT sədri Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı qərarlarına hər zaman dəstək verəcəklər.
“Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təşkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?! Bizim gücümüz xalqın iradəsindədir!”.
“Ya Qarabağ, ya ölüm”, “Qarabağa azadlıq” şüarları səsləndirilən mitinqə hətta türkiyəli tələbələr də qatılıblar.”
Mitinqdə çıxış edən İlham İsmayıl ATƏT-in Minsk qrupundan işğal olunmuş ərazilərdə məskunlaşmaya imkan verməməyi tələb edib.
2-ci qrup Qarabağ əlili Bəhman Qurbanov xalqı müğənnilərdən deyil, şərəfli yol keçən Qarabağ qazilərindən örnək almağa çağırıb.
Sonra söz Pənah Hüseynə verilib. O, qaçqınların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmağa çağıraraq, əlavə edib ki, bu istiqamətdə hakimiyyət və müxalifət birlikdə işləməlidir.
Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə erməni işğalı pislənilib, Qarabağın işğaldan azad olunması üçün təkilflər səsləndirilib.
Mitinqdə maraqlı məqamlaran biri də, Azərbaycan İslam Partiyasını Qarabağ Komitəsində təmsil edən qurumun səlahiyyətli nümayəndəsi Akif Heydərlinin çıxışı olub. O, digər çıxış edənlərdən fərqli fikirlər söyləyərək Qarabağın işğalının və 25 il erməni təcavüzündə qalmasının səbəblərini əvvəlki və hazırkı hakimiyyətlərin yanlış daxili və xarici siyasət yürütmələrində gördüyünü ifadə edib. Bildirib ki, ölkədə siyasi, vicdan məhbuslarının olması erməni liderlərinə beynəlxalq təşkilatlarla görüşlərində Qarabağ ermənilərinin taleyinin belə hakimiyyətə etibar edilə bilməməsi fikirlərini söyləməyə şərait yaradır. A.Heydərli çıxışında onu da qeyd edib ki, müsəlmanların İmam Hüseyn kimi şəhidlər sərvəri vardır”. Məhz Qarabağın azadlığı da Kərbəla məktəbindən keçir.
Bu qəhrəmanlıq məktəbini keçən Azərbaycan əsgəri, gəncliyi və Azərbaycan müsəlman xalqı bu məktəbdən örnək alaraq Qarabağı azad edəcəyinə inanıram. İmam Hüseyn İslam yolunda canından keçib. Belə olmasa xalqımız Mubariz İbrahimovlar, Fəridlər yetişdirə bilməz.”- deyə vurğulayan natiq bütün müsəlman ölkələrini vəhdət olmağa çağırıb. Partiya səlahiyyətlisi beynəlxalq təşkilatlara səslənərək Qarabağ, Qüds və zəbt olunmuş bütün müsəlman torpaqlarının əsl sahiblərinə geri qaytarılması üçün ciddi addım atmalarının vacib olduğunu qeyd edib. O, çıxışında onu da bildirib ki, Qarabağın işğalı müqəddəs Qüdsün işğalının davamıdır. “Bu gün Qarabağ torpağı da bizim üçün müqəddəsdir. Çünki o torpaq uğrunda Azərbaycan igidləri vuruşaraq canlarından keçmiş, şəhid olmuşlar”-deyərək “Qarabağa azadlıq” şüarını səsləndirməklə çıxışını yekunlaşdırıb.
Cəmi bir neçə dəqiqə çıxış etdikdən və Qarabağla yanaşı işğal altında olan bütün müsəlman torpaqlarına, o cümlədən Qüdsə azadlıq şüarını səsləndirəndən sonra izdihamın önündə dayanan və boz qurd işarəsini əlləri ilə simvolizə edən mitinq iştirikaçıları qarışıq şüarlar səsləndirərək onun çıxışına mane olmağa çalışıblar. Ardınca damusiqi səsləri ucaldılıb.Daha sonra Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu mikrafonu götürərək “erməni işğalçılarına dəstək olan (Tehran) rejiminə ar olsun” fikirlərini, “Rədd olsun o müsəlman dövlətləri ki, onlar İrəvan siyasətinin arxasında dayanırlar” şüarını səsləndirib.
Baş verən bütün proseslərlə bağlı Hədəf14.az olaraq AİP səlahiyyətlisi Akif Heydərlinin mövqe və təəssüratlarını öyrənməyə çalışdıq.
Red: Akif bəy, bir neçə gün öncə baş tutan “Qarabağa azadlığ”, “Qarabağa getmek isdəyirik” şüarı altında keçirilən mitinqlə bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik. Bu barədə nə deyə bilərsiniz?
“Qarabağ komitəsi bir aydan artıqdır ki, təhsis olunub. Qarabağa Azadliq Təşkilatının təşəbbüsü ilə yaradılan və ölkənin bir sıra aparıcı müxalifət partiyaları, ictimai təşkilatları, tanınmış ayrı-ayrı şəxslər, nüfuzlu insanlar Komitəyə üzvdürlər. Komitə qəbul olunan əsasnamə ilə gündəlik fəaliyyət göstərir və təşkilatın əsas prioriteti, heç şübhəsiz ki, Qarabağ münaqişəsinin Azərbaycanın maraqları dairəsində həlli, işğal olunmuş torpaqların tezliklə azad edilməsidir. Qarabağ Komitəsinin hakimiyyətlə razılaşdırılmış 29.09.2018-ci il tarixli və saat 15 00-a təyin olunmuş mitinqi olduqca izdihamlı və geniş dairəni əhatə etdi. Ölkənin müxtəlif bölgələrindən gələn mitinq iştirakçıları “Qarabağa azadlıq” tələbi ilə hayqıraraq mintinqin keçirilməsini alqışladılar. Aksiya hər yerdən dəstəkləndi. Ən mühümü isə əvvəlcədən proqnozlaşdırdığımız kimi bu mitinqin “Qarabağa azadlıq” şüarı altında keçirilərək ümumxalq hərəkatına çevrilməsinin ilk addımı kimi uğurlu oldu.
Aksiya həm də Qarabağın azadlığı üçün hakimiyyətin ciddi addımlar atması tələbi ilə keçirildi. Mitinqin qətnaməsində də bütün bunlar açıq göstərilmişdi. Bir sıra beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin ədalətli həllinə ikili standartlarla yanaşması ciddi tənqid olundu. Şəxsən AİP-in mövqeyini bildirərkən həmişə olduğu kimi torpaqlarımızın Azərbaycan xalqının iradəsi və gücü ilə alınmasını, bunun da dövlətimizin taleyində mühüm əhəmiyyət kəsb edəcəyini vurğulamağı unutmadıq. Ona görə də ATƏT-in Minsk Qrupundan imtina etməyi çıxışımızda tələb kimi qoyduq. Həmçinin erməni separatçılarına və erməni qeyri-qanuni hərbi birləşmələrinə, terrorçularına qarşı anti-terror əməliyyatı keçirilməsi tələbi ilə hakimiyyətə müraciət etdik. Bütün bunlar çox mühüm əhəmiyyətə malikdir və mühüm tarixi faktlardır. Mitinqin qətnaməsində də bütün bunlar açıq göstərilmişdi. Bir sıra beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin ədalətli həllinə ikili standartlarla yanaşması ciddi tənqid olundu. Şəxsən AİP-in mövqeyini bildirərkən həmişə olduğu kimi torpaqlarımızın Azərbaycan xalqının iradəsi və gücü ilə alınmasını, bunun da dövlətimizin taleyində mühüm əhəmiyyət kəsb edəcəyini vurğulamağı unutmadıq. Ona görə də ATƏT-in Minsk Qrupundan imtina etməyi çıxışımızda tələb kimi qoyduq. Həmçinin erməni separatçılarına və erməni qeyri-qanuni hərbi birləşmələrinə, terrorçularına qarşı anti-terror əməliyyatı keçirilməsi tələbi ilə hakimiyyətə müraciət etdik. Bütün bunlar çox mühüm əhəmiyyətə malikdir və mühüm tarixi faktlardır. Bir çox hallarda, ölkəmizdə hələ də mintinqə bir qədər ögey, yəni soyuq münasibət bəsləyir.
Əslində bu mitinq hakimiyyət uğrunda deyil, torpaq, dövlət, Vətən uğrundadır. Burada hər kəs özünü Azərbaycan vətəndaşı hesab edirsə, deməli, bu aksiyaya qoşulmalıdır. Unutmaq olmaz ki, Qarabağ torpaqlarının işğalı məhz Xankəndində milliyyətçi ermənilər tərəfindən təşkil olunan geniş mitinqlərdən sonra başlandı. Həmin mintinqlərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə separatçı ermənilərin çıxışları oldu. Qarabağın işğalı məhz həmin günlərdən sonra başlanıb. Ona görə də biz bu mitinqlərə böyük əhəmiyyət verib və hesab edirik ki, bu mitinqlər istər hakimiyyət dairələrini, istərsə də bütövlükdə xalqımızı ciddi düşündürməli, əməli fəaliyyətə çevrilməlidir.
Red: Siz orda da qeyd etdiniz ki, Qarabağla Qüdsün dərdi eynidir. Bu müqəddəs müsəlman torpaqlarının azad edilməsində İmam Hüseynin Kərbəla məktəbi çox mühüm həlledici əhəmiyyətə malikdir. Yəni torpaqları Hüseyinçilər xilas edə bilərlər. Mitinqdə sözsüz ki, çıxış üçün vaxt məhdudiyyəti vardır. Daha geniş nə deyə bilərsiniz?
“Bilirsinizmi, müsəlman aləmində torpaq, vətən, din müqəddəsdir. Müqəddəs amallar yolunda insanlar canlarından və mallarından keçməyə hazır olmalıdırlar. Torpaq olmadan vətən, vətən olmadan din əldən gedər. Belə olan təqdirdə müsəlman torpaqlarının bir qarışı da işğal altında qala bilməz . İslamın fundamental dəyərlərindən biri mən deyərdim ki, imam Hüseynin (ə) Kərbəlada bünövrəsini qoyduğu zalıma və zülmə qarşı üsyan, boyun əyməmək və nəticədə yetişdiyi ən yüksək məqam olan şəhadətdir. Tarixdə müsəlman və ya qeyri-müsəlman xalqlar bu məktəbdən bəhrələnərək şəhidlər sərvəri İmam Hüseyn (ə) kimi qəhrəmanımızı özünün müəllimi hesab edərək onun yolu ilə gedib və azadlığa nail olub. Min dörd yüz il yaşayan və qiyamətə qədər yaşayacaq bu xariqə, Kərbəla məktəbi bizim üçün də bir örnək olmalıdır. Həm torpaqlarımızın azad olunması, həm də dinimizin müdafiəsində Kərbəla vaqeəsi bir xilas gəmisidir. Hər kəs, hər hansı bir qövm bu gəmiyə sakin olsa zillət görməz, boyun əyməz, azad olar. Müsəlman torpaqlarına, xalqlarına qarşı ayrı-ayrı tarixi dönəmlərdə səlib yürüşləri çox baş verib. İmam Hüseynin qəhrəmanlıq nümunəsi qarşısında bütün bunlar acizdir. Qarabağ da müqəddəs, əbədi, əzəli torpaqlarımızdır. Bu torpaqlar uğrunda hər kəs canından, qanından, malından keçməyə hər an hazır olmalıdır. Bu məktəbi öyrənmədən, təlimini keçmədən biz qeyd etdiyim kimi Mübarizlər, Fəridlər yetişdirə bilmərik. Onlar düşünərək torpaq uğrunda canlarından keçdilər. Düşmənə müqavimət göstərərək Vətən yolunda şəhid oldular. Bu mühüm məktəbdir. Mənə elə gəlir ki, mintinqlərdə bunların səslənməsi vacibdir. Çünki belə çağırışlar insanlarda bir daxili təlatüm, mənəvi paklıq, ecaz yaradır. O cümlədən düşmənə qarşı barışmazlıq və nifrət hissi aşılayır. Bu cür çağırışlar həm də torpağa, vətənə sevgi yaradır. Əminəm ki, bu, belədir.
Red: Akif bəy, mintinqdə sizin çıxışınız bir mənalı qarşılanmadı və bu təbiidir. Hamı bir toplum içərisində eyni fikirdə olmaya bilər. İştirakçılar tərəfindən fərqli şüarlar deyilməyə başladı. Həmçinin musiqi səsi ucaldıldı və kənardan fit səsləri də gəlirdi. Daha sonra sizin ardınızca mikrafonu götürən Mirmahmud müəllim İrana qarşı çox sərt fikirlər səsləndirməyə başladı. Elə ilk cümləsi də İran əleyhinə fikirləri oldu. Sizcə bu fikirlər sizin çıxışınıza bir cavab, yoxsa onun şəxsi fikri idi? Ümumiyətlə Mirmahmud müəllimin sizə, dindarlara qarşı münasibəti sizdə hansı təəssüratlar yaradır?
“Qarabağ komitəsinin bütün üzvlərinin həftəlik toplantıları keçirilir. AİP təmsilçisiolaraq Qarabağ komitəstinin üzvü kimi həmin toplantılarda iştirak edirəm. Qarabağ komitəsinin üzvləri arasında ələlxusus bizə, yəni AİP-ın təmsilçisi olaraq özümə qarşıhər kəsdə, o cümlədən Mirmahmud bəydə hörmətdən başqa bir şey görmürəm. Yəni AİP-ə və ya onun hər hansı səlahiyyətlisinə qarşı heç yerdə bir hörmətsizlik görməmişəm. Amma bilirsiz, hz.Əli buyurur ki, hər bir insanın şəxsiyyəti onun dilinin altinda gizlənib. Bəzi insanların qəlbində müəyyən xalqlara, qütblərə nifrət, kədər hissi və şəxsi ambissiyalar gizlənir və ya belə deyək bəslənilir. Amma belə tribunalardan ambissiya, nifrət ifadə etmək üçün istifadə edilməməlidir. Hansı ki, bizim bir düşmənimiz vardır ki, o da torpaqlarımızı işğal və 25 ildir istismar edən ermənilərdir. Yeni düşmən axtarışına çıxmaq ağlın hökmü ola bilməz. Ümumiyyətlə Qarabağ torpağı, Qarabağ münaqişəsindən danışarkən İİR-i tənqid etmək məntiqə sığan bir şey deyildir. İran hakimiyyəti dəfələrlə Dağlıq Qarabağı Azərbaycanın əzəli torpaqları hesab etmişdir. İranın ali dini lideri Ayətullah seyyid Əli Xamenei Dağlıq Qarabağın müsəlman Azərbaycan torpağı hesab etməklə bu torpaq uğrunda vuruşub ölənləri şəhid adlandırmışdır.
Bu, İran dövlətinin və bütün İran xalqının Qarabağ münaqişəsinə olan mövqeyi, Azərbaycan xalqına olan münasibətidir. Deməli, bunu nəzərə almayan, öyrənməyən, bilməyən, dərk və ya qəbul etməyən insanlar hansısa təsirdən, maraqdan irəli gələn fikirlər səsləndirirlər. Təəssüflər olsun ki, Azərbaycanda belə insanlar vardır. Biz nə edək ki, vaxtilə siyasi liderlərdən biri “Qarabağı İran alıb bizə verərsə, o, bizə lazım deyil” demişdir. Odur ki, bir daha qeyd edirəm İranin ünvanına bu baxımdan hər hansı bir tənqidi fikir məntiqə, ağıla, düşüncəyə, mərifətə uyğun məsələ deyil. Öz ambissiyaları ilə yaşayan insanlar var. Əlbəttə ki, bu yolverilməzdir. Çünki Qarabağ problemi regionun böyük problemidir. Münaqişəni region dövlətlərinin birbaşa müdaxiləsi ilə həll etmək bizim üçün daha asan və itkisiz başa çata bilər. Bunu düşünməyən insanlar siyasətdə naşı insanlardır. Bəzən də xalqın qəzəbini dəf etmək və ya bəzi qütblərin, fərdlərin xoşuna gəlmək üçün ünvana xoşagəlməz, neqativ fikirlər səsləndirirlər. Cəmiyyətmiz bunu qəbul etmir və mitinqdə də bu cür insanların fikiri dəstəklənmir. Qarabağ bizim ağrılı-acılı yerimizdir və Qarabağ mövzusunda aparılan söhbətlərdə, müzakirələrdə, mitinqlərdə şən musiqilər səsləndirmək, həm də matəm dövründə çox yersizdir. Göründüyü kimi, biz hələ də nəyin necə həll edilə biləcəyini dəqiq yerinə yetirə bilmirik. Elə ona görə də, 25 ildir ki, 20 faiz torpaqlarımız işğal altındadır. Çünki xalqın daxilində bu cür düşüncə sahibləri vardır ki, həmin fərdlər hansısa qurumda, hərəkatda yaxud da hansısa bir təşkilatda öndə olarkən, belə xoşagəlməz mühüt yaradır. Bununla da belələri bu gün bizim Qarabağ kimi qlobal problemlərimizin həllində ziddiyyətli əməllərin yaranmasına səbəb olurlar”.