ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
“Hələ də şokdayam” – Ermənistanda işgəncə görən əsgərin anası DANIŞDI

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.
Qafqaz Həqiqətləri xəbər verir ki, bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.
O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Qırmızı Xaç Komitəsinə, Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual elədi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.