ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
HƏMAS İsraili raket hücumuna məruz qoyub: Ölən və yaralananlar var

Oktyabrın 7-də səhər saatlarında İsrailin Qəzza zolağından iri raket hücumuna məruz qaldığı bildirilir. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Ölkənin hər yerindən israillilər Şənbə və Simchat Tövratında siren səsləri və Qəzzadan HƏMAS-ın raket atəşinə oyandılar. Biz özümüzü müdafiə edəcəyik”, – məlumatda deyilir.
Səhər saat 06:28-dən başlayaraq Tel-Əviv və Qüds də daxil olmaqla, ölkənin bir çox şəhərində həyəcan təbili çalıb. Atışma təxminən yarım saat davam edib. Ordu İsrailin cənub və mərkəzi bölgələrinin milyonlarla sakinini qorunan ərazilərdə qalmağa çağırıb.
“Həmas terror təşkilatı Qəzza zolağından İsrail ərazisinə böyük raket zərbəsi endirib. Bir sıra yerlərdə terrorçular İsrail ərazisinə daxil olublar”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib.
Hücumdan sonra HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başladıqlarını açıqlayıb. İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Dayf, Əl-Əqsa daşqınının ilk mərhələsində İsrailə qarşı 5 min raket və minaatan atdıqlarını açıqlayıb. Əl-Dayf, əməliyyatı “İsrailin qanun pozuntularına” görə başlatdıqlarını bildirib və ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb.
“Bu, yer üzündəki son işğala son qoymaq üçün ən böyük döyüş günüdür”, – Məhəmməd əl-Dayf deyib.
İsrail ordusu həmçinin Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə soxulduğunu elan edərək, “müharibə xəbərdarlığı” elan edib. Ordu daha sonra Qəzza zolağına hücuma keçdiklərini açıqlayıb.
İsrail mediasının məlumatına görə, Həmas silahlıları Eretz keçid məntəqəsini ələ keçirib, daha sonra İsrailin cənubundakı sərhəd Sderot şəhərinə daxil olublar. “Associated Press” xəbər verir ki, sosial şəbəkələrdə Sderotdan olan həvəskar videolar peyda olub, orada silahlı hərbi geyimli insanların göründüyü və atışma səsləri eşidilir. Video çəkilişlərin həqiqiliyi təsdiqini tapmayıb.
