ArxivXəbər lentiXəbərlər

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı müəllimlərə şalvar geyinməyi qadağan edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməyi qadağan edib. O qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır.

qafqaz. ir modern.az-a istinadən məlumat verir ki, artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencək-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.

Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təftiş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.

Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.

İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlər isə zəng edilərək çağrılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button