Azərbaycanda İran Kitab Günü keçirilib

Azərbaycan Respublkasında İran Kitab Günü tədbiri azərbaycancaya tərcümə olunmuş 4 İran kitabının təqdimatının keçirilməsi ilə təşkil olunub.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, “Mən sərçə deyiləm”, “Allahın ay üzünü öp”, “Dost evi hardadır?” və “İranın Müasir Ədəbiyyatı jurnalı” kitabları azərbaycancaya tərcümə olunmuşdur.
Bu kitabların təqdimatı mərasimində Azərbaycan Milli Məclisinin Mədniyyət komitəsinin sədri xanım Jalə Əliyeva digər sahələrlə yanaşı İran və Azərbaycanın elmi və mədəni əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini xatırladıb.
İranın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi də etdiyi çıxışında İran və Azərbaycanın dərin və ayrılmaz mədəniyyət bağlarına toxunaraq əlavə edib: İran İslam Respublikası ədəbiyyatı məşhur iranlı şair və yazıçıları ilə həmişə dünyaya sülh və dostluq, ədalət, qardaşlıq, haqq və həqiqət müraciətini vermişdir. Bu gün də dünyada həmişəkindən artıq davamlı sülh ardıncadır.